Azərbaycan respublikasinin


ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə5/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası

ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR 

I I I   f ə s i l  



ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI 

M a d d ə   2 4 .   İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  əsas 



prinsipi 

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

7

 

II.  Hər  kəsin  doğulduğu  andan  toxunulmaz,  pozulmaz  və  ayrılmaz  hüquqları  və 



azadlıqları vardır. 

III.  Hüquqlar  və  azadlıqlar  hər  kəsin  cəmiyyət  və  başqa  şəxslər  qarşısında 

məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

8

 

M a d d ə   2 5 .   Bərabərlik hüququ



9

 

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 

III.  Dövlət,  irqindən,  etnik  mənsubiyyətindən,  dinindən,  dilindən,  cinsindən, 

mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi 

partiyalara,  həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı 

olmayaraq,  hər  kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və 

vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və 

sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

10

 

IV.  Heç  kəsə  bu  maddənin  III  hissəsində  göstərilən  əsaslara  görə  zərər  vurula 



bilməz,  güzəştlər  və  ya  imtiyazlar  verilə  bilməz,  yaxud  güzəştlərin  və  ya  imtiyazların 

verilməsindən imtina oluna bilməz.  

V.  Hüquq  və  vəzifələrlə  bağlı  qərarlar  qəbul  edən  dövlət  orqanları  və  dövlət 

hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları 

təmin edilir. 



VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata 

keçirilməsi  çətinləşən  hüquq  və  vəzifələrdən  başqa,  bu  Konstitusiyada  təsbit  olunmuş 

bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin