Azərbaycan respublikasinin


Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə35/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   31   32   33   34   35   36   37   38   ...   88
AR Konsititusiyası

Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən 

kənarlaşdırılması 

I

.  Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  təşəbbüsü 



Azərbaycan  Respublikasının  Prezidenti  ağır  cinayət  törətdikdə  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  təşəbbüsü  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  30  gün  müddətində  verilən  rəyi  əsasında  Azərbaycan  Respublikasının 

Milli Məclisi qarşısında irəli sürülə bilər. 

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul 

olunmuş  qərar  əsasında  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifədən 

kənarlaşdırıla  bilər.  Bu  qərarı  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 

sədri  imzalayır.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  həmin  qərarın 

imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 

III.  Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  haqqında 

qərar 

Azərbaycan 



Respublikası 

Konstitusiya 

Məhkəməsinin 

Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  müraciət  etdiyi  gündən  başlayaraq  2  ay  ərzində  qəbul 

olunmalıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının 

Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. 

M a d d ə   1 0 8 .   Azərbaycan Respublikası Prezidentinin təminatı 

I.  Azərbaycan  Respublikasının  Prezidenti  və  onun  ailəsi  dövlət  hesabına  təmin 

edilir.  Azərbaycan  Respublikası  Prezidentinin  və  onun  ailəsinin  təhlükəsizliyini  xüsusi 

mühafizə xidmətləri təmin edir. 

II.  Əvvəllər  Azərbaycan  Respublikasının  Prezidenti  seçilmiş  şəxsin  təminatı 

qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin