Azərbaycan respublikasinin


keçirilməsinin əsas prinsipləri və şərtləri



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   38   39   40   41   42   43   44   45   ...   88
AR Konsititusiyası

keçirilməsinin əsas prinsipləri və şərtləri 

I.  Hakimlər  müstəqildir,  yalnız  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 

qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. 

II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən 

və qanuna müvafiq baxırlar. 

III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı 

yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə 

edilməsi yolverilməzdir. 

IV.  Ədalət  mühakiməsi  vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi 

əsasında həyata keçirilir. 

V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. 

İşə  qapalı  iclasda  baxılmasına  yalnız  o  halda  icazə  verilir  ki,  məhkəmə  açıq 

icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya 

da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu 

müəyyən edir. 

VI.  Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  cinayət  işlərinin  qiyabi 

məhkəmə icraatına yol verilmir. 

VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 

VIII.  Məhkəmə  icraatının istənilən  mərhələsində  hər  kəsin  müdafiə  hüququ  təmin 

olunur. 



IX. Ədalət məhkəməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 

X.  Azərbaycan  Respublikasında  məhkəmə  icraatı  Azərbaycan  Respublikasının 

vlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. 



İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları 

ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana 

dilində çıxış etmək hüququ təmin edilir. 

M a d d ə   1 2 8 .   Hakimlərin toxunulmazlığı 

I. Hakimlər toxunulmazdırlar. 

II.  Hakim  cinayət  məsuliyyətinə  yalnız  qanunda  nəzərdə  tutulan  qaydada  cəlb 

oluna bilər. 

III.  Hakimlərin  səlahiyyətlərinə  yalnız  qanunda  nəzərdə  tutulmuş  əsaslara  və 

qaydalara müvafiq surətdə xitam verilə bilər. 

IV.  Hakimlərin  vəzifədən  kənarlaşdırılması  təşəbbüsünü  hakimlər  cinayət 

törətdikdə  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  rəyi  əsasında  Azərbaycan  Respublikasının  Milli  Məclisi  qarşısında  irəli 

sürə  bilər.  Müvafiq  rəyi  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi  Azərbaycan 

Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. 

V. 

Azərbaycan 



Respublikasının 

Konstitusiya 

Məhkəməsi, 

Azərbaycan 

Respublikasının  Ali  Məhkəməsi  və  Azərbaycan  Respublikasının  apellyasiya 

məhkəmələri  hakimlərinin  işdən  kənarlaşdırılması  haqqında  qərar  Azərbaycan 

Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən 

kənarlaşdırılması  haqqında  qərar  Azərbaycan  Respublikasının  Milli  Məclisində  63  səs 

çoxluğu ilə qəbul edilir. 

M a d d ə   1 2 9 .   Məhkəmə qərarları və onların icrası




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin