Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi
icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan,
ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası
vətəndaşı təyin edilir.
57
M a d d ə 1 2 2 .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid
tələblər
Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq,
ko
mmersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə
elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala
bilməzlər.
M a d d ə 1 2 3 . Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti
toxunulmazdır.
II. Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından
başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz,
şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula
bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş
prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının
Prezidenti tərəfindən xitam verilə bilər.
M a d d ə 1 2 4 . Yerlərdə icra hakimiyyəti
I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir.
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının
Prezidenti müəyyən edir.
V I I f ə s i l
Dostları ilə paylaş: