F. Q. Vahidov, T. B. Ağayev


Kütləvi informasiya vasitələri ictimai rəyin



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə103/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   131
sosiologiya

 
3. Kütləvi informasiya vasitələri ictimai rəyin 
formalaşmasının qüdrətli amilidir 
 
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya 
da bilər.  İkinci halda ictimaiyyətin ayrı-ayrı nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq 
kommunikativ  əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili 
əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində 
hakimiyyət deməkdir».
2
 
Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və  rəyini nəzərə almalıdır. Bu, 
mədəni fərqlərlə  və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara 
malik ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir. Submədəniyyətlərin 
çox olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qrupları öz mənafelərinin ifadəsində  və 
reallaşdırılmasında rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki, 
büdcənin  əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci 
[251 - 252]
 hissə belə 
hesab edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə  əmindir ki, vəsait daha çox 
Müdafıə Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın  ərazi bütövlüyü qorunub saxlanılsın, onun dünya 
meydanında nüfuzu güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı 
olaraq, ictimaiyyət nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır. 
Cəmiyyətin sadə stabil mədəniyyəti bir qayda olaraq, ümdə  məsələlərin həllində ictimaiyyətə çoxlu 
alternativlər təklif etmir. Çünki vəziyyəti  ənənələr və  mənəvi normalar əsasında idarə etmək olar. Buna görə  də 
müxtəlif sosial qruplar üçün ictimai rəydə ayrılıq  əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur. 
Lakin mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin 
həllinə yönəlmiş nöqteyi-nəzərləri son dərəcə  rəngarəng ola bilər. Başqa sözlə, yaranmış  vəziyyəti müəyyən 
normalar toplusunun köməyi ilə idarə etmək mümkün deyildir. Çünki həmin normalar məlum cəmiyyətin yalnız 
ayrıca qruplarının, submədəniyyətinin hüdudlarında qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox 
nümayəndələri müəyyən  ərazidə neft və ya başqa faydalı qazıntı  çıxarılması  nəticəsində ekoloji balansın 
pozulmasından narahatlıq keçirə bilər. Eyni zamanda həmin ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılmasına, 
sənayenin inkişaf etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə 
məqbuldur. Ənənəvi normalar bu məsələni həll etməyə imkan vermir, çünki hər iki nöqteyi-nəzəri müdafiə etmək 
üçün həmin normaları  tətbiq etmək olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialının, 
                                                 
1
 Sosiologiya. Bakı, 1994, s. 54-55. 
2
 Фролов С. C  Социология. Москва, 2000, с. 247. 


101 
 
dünyada nüfuzunun artırılması da vacib məsələdir. Beləliklə, «mürəkkəb cəmiyyətdə ictimai rəyin ayrı-ayrı 
seqmentləri meydana çıxır ki, bunların da arxasında öz mənafeləri, ustanovkaları, bu və ya digər problemin həllinə 
müxtəlif təsir imkanları olan ictimaiyyət 
[252 - 253] 
qrupları dayanır).
1
 Bu ictimai rəyi öyrənməyi və nəzərə almağı 
zəruri edir. 
Demokratik idarəçilik formaları olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir 
neçə vəziyyətlə şərtlənmişdir: 
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanları kəskin surətdə artır. 
Burada seçkilər, referendumlar, parlamentdə  və ya hökumətdə  təzyiq qrupları, vətəndaş itaətsizliyi aktları xüsusi 
qeyd edilməlidir. 
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan 
bir çoxu alternativ nöqteyi-nəzərləri müdafiə edir. Bunun sayəsində ictimaiyyət cəmiyyətdə baş verən bütün 
hadisələr barəsində  dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin  əksər üzvlərində  məlum hadisələrə  və 
hakimiyyətin qəbul etdiyi qərarlara münsibətdə sabit mövqe formalaşır. 
Üçüncüsü, demokratik cəmiyyətlərdə liderlərin irəli sürülməsi ictimai rəy dalğasında baş verir. Əgər lider 
ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif 
nümayəndələri, sonra həm də siyasi xadimlər müdafıə etməyə başlayacaqlar. 
Kütləvi informasiya vasitələri ictimai rəyə  ən müxtəlif formalarda təsir göstərmək imkanlarına malikdir. 
Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək. 
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros 
çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə  həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı  təsir göstərir. 
Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğrunda 
geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam 
meyllilik sosial statusa və nüfuza 
[253 - 254] 
təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün 
cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.
2
 
Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada 
yaşayan  əhali tərəfindən)  Şimal çaylarının axarının qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub 
ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi 
dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qərarı qəbul olundu. 
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası 
gündəlikdə da-anırdı. İctimai rəy atom-elektrik stansiyalarını olduqca münasib, ekoloji cəhətdən yaxşı göstəriciləri 
olan, perspektivli stansiyalar kimi qəbul edirdi. Lakin Çernobıl AES-də baş verən qəza və onun nəticələri nəinki 
SSRİ-də, həm də bütün dünyada AES-lər ətrafında formalaşan ictimai rəyə sarsıdıcı zərbə endirdi. Azərbaycanda 
AES tikintisi ideyası öz aktuallığını tam itirdi. Fəaliyyətdə olan AES-lərin dayandırılıb-dayandırılmaması məsələsi 
geniş müzakirə olunmağa başladı. Onların texniki-texnoloji göstəriciləri hərtərəfli təhlil edildi. Nüfuzlu təşkilatların 
inspeksiyaları  həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki, qəza AES-in 
tikintisində  və istismarında yol verilən  əsaslı nöqsanların, qüsurların nəticəsidir, AES kompleksinin inşası  və 
fəaliyyəti isə elmin, texnikanın mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları 
ictimai rəydə indi də güclüdür. 
Kütləvi informasiya vasitələrinin təbliğat işi ictimai rəyin istiqamətliliyi, intensivliyi və inteqrasiyası barədə 
dəqiq, elmi cəhətdən  əsaslandırılmış  məlumatlara istinad etməlidir. Geniş  mənada təbliğatın məqsədi ictimaiyyət 
tərəfindən idarə 
[254 – 255]
 edən tərəfə lazımlı nöqteyi-nəzəri qəbul etməyə istiqamətləndirməkdən, iqtisadi, siyasi 
və ya sosial hadisələri müdafıə və ya rədd etməyə yönələn ustanovkalar sistemi yaratmaqdan ibarətdir. Natiqlərin 
kütlə qarşısında çıxışları, jurnallardakı və qəzetlərdəki məqalələr, radio və televiziya verilişləri, reklam, əmtəələrin 
bazarda irəliləməsi və s. - bütün bunlar ictimai rəyə təbliğat xarakterli təsirin nümunələridir. 
Bir çox tədqiqatçılar təhsil prosesini də təbliğata aid edirlər. Çünki təlim gedişində müəllimlər  şagirdlərə, 
tələbələrə, dinləyicilərə onları əhatə edən gerçəklikdəki hadisələr barəsində öz xüsusi rəylərini aşılamağa çalışırlar. 
Yaxşı  məlumdur ki, təlim prosesində fasiləsiz təbliğat təhsil alan şəxslərin  şüuruna müəyyən nöqteyi-nəzərlərə 
uyğun gələn norma və dəyərləri daha möhkəm surətdə aşılamağa imkan verir. 
Kütləvi informasiya vasitələrinin ictimai rəyə məqsədyönlü təsiri zamanı bir sıra suallar ortaya çıxır. Hansı 
halda təbliğat insan davranışında  ən böyük dəyişikliklər yaradır: təbliğatın ictimaiyyət nümayəndələrinə  təsiri 
əhəmiyyətli olanda, yoxsa həmin təsir zəif, ehtiyatlı olanda? İctimaiyyət nümayəndələrinin nöqteyi-nəzəri əvvəlki, 
artıq formalaşmış nöqteyi-nəzərdən xeyli dərəcədə kənara çıxdıqda, yaxud bu kənara çıxma əhəmiyyətsiz olduqda 
təbliğatın strategiyasını necə formalaşdırmaq lazımdır? Qəbul olunmuş rəydən kənara çıxmaları dərk etməyi adətən 
koqnitiv dissonans adlandırırlar. Burada iki nöqteyi-nəzəri fərqləndirmək olar. Bəzi alimlər belə  zənn edirlər ki, 
                                                 
1
 Фролов С. C  Социология. Москва, 2000, с. 247-248. 
2
 Misal bu mənbə üzrə verilir: Kpaвченко A. И.  Социология. Mocква-Eкатеренбург, 2000, c. 146-147. 


102 
 
əgər ümumən qəbul edilmiş nöqteyi-nəzərdən kənara çıxmalar  əhəmiyyətlidirsə, onda təsir ictimai rəydə daha 
böyük dəyişiklik yaradır. Lakin bəzi alimlər buna diametral əks olan nöqteyi-nəzəri müdafiə edirlər. Vittaker hər 
iki elmi yanaşmanı  tədqiq edərək belə bir qənaətə  gəlmişdir ki, təbliğatı  uğurla qəbul etməyin  əsası koqnitiv 
dissonansın  əhəmiyyətində deyildir, həmin nöqteyi-nəzəri ictimaiyyət nümayəndələrinin müdafiə etmə 
dərəcəsindədir. Nə zaman ki, cəmiyyət  əvvəlki nöqteyi-nəzəri qızğınlıqla müdafiə edir, dərin  şəxsiyyət 
xüsusiyyətlərini ona 
[255 - 256]
 qoşur, o zaman koqnitiv dissonansın güclənməsi ictimai rəyi  əhəmiyyətsiz 
dərəcədə dəyişdirir. Bundan əlavə, əhəmiyyətli koqnitiv dissonans bumeranq effekti verir; bu onunla səciyyələnir 
ki, təbliğatın təsirinə məruz qalan cəmiyyət üzvü onu rədd etməyə başlayır və əks nöqteyi-nəzəri qəbul edir. Lakin 
ictimaiyyət nümayəndələri əvvəlki nöqteyi-nəzəri o qədər də qızğın müdafiə etmirsə, şəxsiyyət xüsusiyyətlərinin 
qoşulması o qədər də  dərin deyildirsə, o halda koqnitiv dissonans təbliğatın təsiri nəticəsində ictimai rəydə 
dəyişiklik dərəcəsinin artmasına gətirib çıxara bilər. Cəmiyyətin hər bir üzvü üçün «optimal ayrılıq», «optimal 
fərqlilik» mövcuddur; bu, ictimai rəyin maksimum dəyişilməsinə səbəb olur. 
Əgər təbliğatın hakimiyyəti məhdudlaşdırılmayıbsa, onda, belə təsəvvür yarana bilər ki, cəmiyyətin böyük 
maliyyə ehtiyatlarına malik olan, yaxud ictimaiyyətlə  əlaqə agentlikləri olan təbəqələri və ya sosial qrupları öz 
şərtlərini həmişə başqalarına diktə etməlidirlər. Lakin təbliğatın aparılması üsulları bir sıra amillərlə şərtlənmişdir. 
Bunlar aşağıdakılardır: 
İlk növbədə  ən böyük məhdudiyyət kimi rəqabət aparan təbliğatı qeyd etmək olar. Əgər dövlət təbliğat 
üzərində inhisara malikdirsə (məsələn, totalitar rejimlərdə olduğu kimi), ictimaiyyətin hər bir üzvü üçün alternativ 
rəyə - rəsmi rəydən, nöqteyi-nəzərdən fərqli olan rəyə yiyələnmək olduqca çətindir. Bu şəraitdə  rəsmi təbliğat 
başqa rəyləri sıxışdırır, zəruri faktları özü üçün əlverişli şəkildə təqdim edir. Demokratik siyasi sistemlərdə həmişə 
müxtəlif, fərqli nöqteyi-nəzərləri qəbul etmək imkanları mövcuddur. Başqa sözlə, belə sistemlərdə alternativ 
nöqteyi-nəzərləri müdafiə edən bir neçə  təbliğat «ocaqları» fəaliyyət göstərir. Rəqabət mübarizəsində bu tərəflər 
hüquqi və mənəvi baxımdan bir-birinə məhdudlaşdırıcı şərtlər irəli sürürlər ki, bunlar da nəzarətsiz təbliğatı qeyri-
mümkün edir. Deməli, bir-biri ilə  rəqabət aparan müxtəlif tərəflərin müdafiə etdikləri mövqelər spesıfik mühit 
yaradır; bu mühitdə fərqli mövqelərlə tanışlıq 
[256 - 257]
 və seçim imkanları daha genişdir. Hazırda Azərbaycan 
mətbuatı ilə tanışlıq dediklərimizi sübut edir. Burada nə qədər rəngarənglik olsa da, iqtidar yönümlü və müxalifət 
yönümlü mətbuatı ayırd etmək mümkündür («Azərbaycan», «Xalq qəzeti» və «Müsavat», «Azadlıq» qəzetlərini 
müqayisə etmək kifayətdir). Əlbəttə, tam əks mövqedə dayanan mətbuat orqanlarla yanaşı az və ya çox dərəcədə 
fərqli mövqedə dayananlar da vardır. 
İkincisi, ictimaiyyət nümayəndələrinin nəzərində  təbliğatçılara inam bir çox cəhətdən informasiyadan və 
onun verilməsi üsullarından asılıdır. İctimaiyyətə təqdim olunan faktlar əhəmiyyətli dərəcədə ümumən qəbul edilən 
rəydən və real gerçəklikdən kənara çıxırsa, gərginlik yaranır. Bu gərginlik təbliğatı həyata keçirənlərə qarşı çevrilə 
bilər. Belə məhdudiyyətlər olduğu təqdirdə təbliğat aparan tərəfın nümayəndələri sosioloji tədqiqatların köməyi ilə 
insanların psixologiyasını bilməyə, ictimai rəyi daim izləməyə əsaslanan incə strategiyalar tətbiq etməlidirlər. 
Üçüncüsü, müxtəlif təbəqələrin təhsilindəki fərqlər onunla nəticələnə bilər ki, təbliğatçıların səyləri ancaq 
yüksək təhsilli təbəqələrə, yaxud da əksinə, ancaq aşağı  təhsil səviyyəli sosial qruplara çatacaqdır. Belə hallarda 
təbliğatçılıq kampaniyalarını həyata keçirən şəxslərin sintetik strategiyalar yaratması zəruridir; bunlar ictimaiyyətin 
müxtəlif təhsil səviyyəsinə malik nümayəndələri üçün nəzərdə tutulmalıdır. Başqa sözlə, təbliğat daha uğurlu 
nəticələr əldə etmək üçün təhsil baxımından cəmiyyətdəki diferensiasiyanı nəzərə almalıdır. 
Dördüncüsü, ictimaiyyətin müxtəlif nümayəndələrində etiqadlar və  dəyərlər sistemi təbliğatçılıq səylərini 
məhdudlaşdırır. Belə ki, adamların xeyli hissəsi, müxtəlif sosial qrupların nümayəndələri müxtəlif normalar və 
dəyərlər sistemlərinə malik olmaqla, təbliğatçıların fəaliyyətini tənqidi surətdə  təhlil edirlər. Təbliğatçılıq 
kampaniyalarını  həyata keçirərkən yadda saxlamaq lazımdır ki, submədəniyyəti dərhal, 
[257 - 258]
 tezliklə 
dəyişdirmək mümkün deyildir. Ona görə  də  təbliğat sahəsindəki səylər mövcud sərvətlər sisteminə uyğunlaşmaq 
məcrasına yönəldilməlidir. Bu halda təbliğatçılıq məharəti qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ictimaiyyət 
nümayəndələrinin mövcud ustanovkalarını məharətlə şərh etməkdən ibarətdir. 
Hazırda ictimai rəyə  təsir göstərməyin və onu idarə etməyin  ən rəngarəng vasitələri, üsulları  işlənib 
hazırlanmışdır. Reklam xidmətləri, ictimai rəy xidmətləri, siyasi xadimləri müdafıə komandaları, dini
 
təbliğat 
təşkilatları  və s. ictimai rəyi  əhəmiyyətli dərəcədə  dəyişdirməyə qadirdirlər. Onlar kütləvi informasiya vasitələri, 
kütlə qarşısında çıxışlar, reklam müraciətləri, əyani təşviqat vasitələri və digər kommunikativ kanallardan istifadə 
edirlər. 
Kütləvi informasiya vasitələri (mətbuat, kitab nəşri, mətbuat agentlikləri, radio, televiziya və s.) kütləvi 
miqyasda informasiyanın toplanılması, işlənilməsi və yayılmasını  təmin edir. Kütləvi informasiya sayca böyük, 
adətən coğrafi baxımdan dağınıq auditoriya üçün nəzərdə tutulmuşdur; o, yayılmanın sürətliliyi, müntəzəmliliyi ilə, 
istehlakın praktik surətdə eyni zamanlılığı ilə, vasitəli, müəyyən dərəcədə stereotipləşdirilmiş xarakteri ilə fərqlənir. 


103 
 
«İnformasiyanın yayılması insanların kütləvi mənəvi ünsiyyətinin ayrılmaz hissəsidir; bu, bəşəriyyətin inkişafının 
müəyyən pilləsində meydana gəlmiş, bilavasitə şəxsiyyətlərarası ünsiyyəti tamamlamışdır.

Kütləvi informasiya vasitələri öz təbiəti etibarilə bütün cəmiyyət miqyasında xəbərlərin və s. geniş  və 
hərtərəfli mübadiləsini həyata keçirmək üçün nəzərdə tutulmuşdur. 
Sosioloji baxımdan  əhəmiyyətli olan bir məsələyə  də toxunmağa ehtiyac vardır. Kütləvi informasiya 
vasitələrinə dair tədqiqatlar keçmiş Sovet İttifaqında 20-ci illərin ortalarında başlanmışdır. Bu tədqiqatların  əsas 
problematikası qəzetlərin, jurnalların məzmun və formasının fəhlə və kəndli 
[258 - 259]
 kütlələrinin ehtiyaclarına, 
tələbatlarına uyğunluğu məsələsi idi. Mətbuat auditoriyasının «sintetik» tədqiqatları (bu tədqiqatları həmin illərdə 
belə adlandırırdılar) inkişaf edirdi. Bu tədqiqatlarda informasiya maraqlarının öyrənilməsi qəzet və jurnal 
oxucularının sosial həyatının bütün amillərini nəzərə almaqla aparılırdı. 
Mətbuatın sosiologiyası kütləvi informasiya vasitələri sosiologiyasının  ən inkişaf etmiş sahəsidir. 
Auditoriya, jurnalist korpusu, materialların məzmunu və ifadə formaları, mərkəzi və yerli mətbuatın qarşılıqlı təsiri 
və münasibətləri və s. - bütün bunlar mətbuat sosiologiyasının öyrənmə obyektinə daxildir. 
Radio verilişləri sahəsində sosioloji tədqiqatlar hələ müharibədən əvvəlki dövrdə başlanmışdır. Lakin həmin 
tədqiqatlar məhz müharibədən sonrakı dövrdə böyük vüsət almış  və müntəzəm xarakter kəsb etmişdir. Radio 
auditoriyası, müxtəlif regionlarda radio proqramlarının formalaşması spesifıkası, ayrı-ayrı verilişlər tsikillərinin 
populyarlığı və i.a. xüsusilə fəal surətdə öyrənilmişdir. 
Keçmiş SSRİ-də televiziya verilişlərinin sosioloji baxımdan öyrənilməsi 60-cı illərin sonu - 70-ci illərin 
əvvəlindən inkişaf etməyə başlamışdır. Televiziya verilişlərinin istehlakının həcmi və istiqamətləri, televiziyanın 
yayılmasının digər kütləvi informasiya vasitələrinə təsiri, televiziyanın mədəniyyətin istehlakında rolu və s. kimi 
məsələlərin öyrənilməsi həyata keçirilmişdir. 
Reklam kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə sıx bağlıdır. Nə və ya kim barəsində (bir qayda olaraq 
şey,  şəxs, təşkilat barəsində) məlumatların yayılmasını  nəzərdə tutan reklam kütləvi diqqəti cəlb etmək məqsədi 
güdür. Ticarət - iqtisadi və ideya-siyasi reklamları ayırd etmək olar. Reklamların sosioloji baxımdan öyrənilməsi 
keçmiş SSRİ-də 70-ci illərdən başlanmışdır. Reklama dair sosioloji tədqiqatlar əsasən istehlakçıya təsirin müxtəlif 
aspektlərini öyrənməklə bağlı olmuşdur. Etiraf etməliyik ki, son illərdə kütləvi informasiya vasitələrində reklamlar 
xüsusilə geniş yayılmışdır. Bazar münasibətləri və strukturları rəqabət mübarizəsinə, deməli, həm də reklama geniş 
meydan açır. 
Oxucu, tamaşaçı, dinləyici auditoriyası öz rəngarəngliyi ilə seçilir. Bu, insanların sabit birliyi olub, onların 
informasiya maraqlarının və  tələbatlarının, habelə  həmin maraq və  tələbatların ödənilməsi formaları, üsulları  və 
kanallarının ümumiliyi əsasında təşəkkül tapır. Auditoriya informasiyanın mənbəyi və  məzmunu ilə yanaşı 
insanların mənəvi ünsiyyətinin ən mühüm struktur ünsürlərindən biridir. Kütləvi auditoriyanın mahiyyəti ondadır 
ki, o, ünsiyyət prosesində insanların öz aralarında və bütövlükdə cəmiyyətlə qarşılıqlı əlaqəsini əks etdirir. 
Kütləvi auditoriya bir sıra kəmiyyət və keyfiyyət xarakteristikalarına malikdir. Auditoriyanın böyüklüyü 
(həcmi) sosial əhəmiyyətli göstəricidir, müəyyən informasiya mənbəyinin təsir miqyaslarını ifadə edən amildir. 
İnformasiya mənbələri üçün daha geniş auditoriya qazanmaq dövlətin, vətəndaşların müxtəlif ictimai təşkilatlarının 
və birliklərinin informasiya-təbliğatçılıq fəaliyyətinin ən mühüm praktik nəticələrindən biridir. 
Kütləvi auditoriyanın keyfiyyət xarakteristikasını müəyyən edən  ən mühüm amillərdən biri təhsil 
səviyyəsidir. Təhsil səviyyəsi bu və ya digər informasiya mənbəyinə xas olan auditoriyanın seçilməsinə birbaşa 
təsir göstərir; bu, təklif edilən informasiyanın məzmununu başa düşməkdə  və ondan istifadə etməkdə mühüm 
göstəricidir. Lakin təhsilin universal, abstrakt xarakterli meyarları yoxdur. O, bu və ya digər cəmiyyətin sosial 
şəraitində müxtəlifcür əks olunur. 
Kütləvi auditoriya münasibətlərin dinamik strukturunu təcəssüm etdirir. Bu struktur həm məzmun, həm də 
məkan-zaman parametrlərinə görə  dəyişilir. Bununla əlaqədar olaraq, kütləvi informasiya vasitələri 
sosiologiyasında auditoriyanın müxtəlif tipləri ayırd edilir. Məsələn, real və potensial auditoriya, müntəzəm və 
qeyri-müntəzəm auditoriya, 
[260 a 261]
 məqsədli və qeyri-məqsədli auditoriya və s. 
Adətən bütün tiplər üç səviyyədə təzahür edir: 
a) informasiya mənbələri sistemi; 
b) ayrıca mənbə sistemi (məsələn, ancaq televiziya auditoriyası); 
v) ayrıca kanal sistemi (məsələn, bu və ya digər qəzetin auditoriyası).

Kütləvi informasiya vasitələri ictimai şüurun məqsədyönlü formalaşdırılması istiqamətində uğurlu addımlar 
atılmasını  təmin etmək üçün müasir ictimai şüurun xüsusiyyətlərini nəzərə almalıdırlar. Görkəmli sosioloq 
T. İ. Zaslavskaya dörd başlıca xüsusiyyəti vurğulayır: 
                                                 
1
 Российская социологическая энциклопедия. Москва, 1998, с. 532. 
2
 Bu haqda ətraflı bax: Коробейников В. С.  Редакция и аудитория: социологический анализ. Москва., 1990, с. 441-443. 


104 
 
1)  İctimai  şüurun bir sıra köhnəlmiş  təsəvvürlərdən və ehkamlardan xilas ola bilməməsi  əhalinin müasir 
sosial reallıqları qavranmasını xeyli dərəcədə çətinləşdirir; 
2)  əhalinin xeyli hissəsinin bərabərləşdirici sərvətlərə yönümü aktiv və  səmərəli fəaliyyət sərvətlərinin 
qərarlaşmasını ləngidir; 
3) «sosial infantilizm» - bu, dövlətin «qeyri-məhdud» maddi və maliyyə ehtiyatlarına malik olması kimi 
sadəlövh inamda təzahür edir; 
4) regional, idarə, qrup eqoizminin güclü ifadə olunması istənilən sahədə təmas nöqtələrinin axtarılmasına, 
ümummilli maraqların daha dolğun reallaşdırılmasına mane olur.

Kütləvi informasiya vasitələri kütlələrin həyati maraqlarına toxunan məsələlərdə ictimai rəyə dərindən bələd 
olmalı, bu halda ayrı-ayrı regionlar, sahələr və qruplar üzrə konkret vəziyyətə nüfuz etməyi bacarmalı, ictimai rəyin 
sağlam istiqamətdə formalaşmasına, öz təsir gücünü artırmasına kömək etməlidirlər. 
                                                 
1
 Социальные аринтиры обнавления: общество и человек. М., 1990, с. 441 – 442. 


105 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin