F. Q. Vahidov, T. B. Ağayev


a) birbaşa təsir (işçiyə müəyyən iş icra etmək üçün əmr, sərəncam, tapşırıq vermək olar);  b)



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə100/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   131
sosiologiya

a) birbaşa təsir (işçiyə müəyyən iş icra etmək üçün əmr, sərəncam, tapşırıq vermək olar); 
b) motivlər, mənafelər və tələbatlar vasitəsilə təsir 
[239- 240]
 (stimullaşdırma); 
c) dəyərlər sistemi vasitəsilə təsir (tərbiyə, təhsil və s.); 
ç)  sosial mühit vasitəsilə  təsir (əmək  şəraitinin yeniləşməsi, inzibati və qeyri-formal təşkilatda statusun 
dəyişilməsi və s.). 


96 
 
Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodları belə bölüşdürülə bilər: 
a)  qrupun tərkibinin məqsədyönlü formalaşdırılması (məsələn, qrupun peşə-ixtisas  əlamətlərinə görə 
formalaşması, iş yerlərinin sayına və xüsusiyyətlərinə görə mobil qrupların yaradılması  və s.); b)  qrupun sıx 
vəhdətinin təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji 
amillərdən istifadə olunması  və s. vasitəsilə bunu həyata keçirmək mümkündür). Bütövlükdə kollektiv, təşkilat 
səviyyəsində aşağıdakı metodlardan istifadə oluna bilər: 
a) formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdırılmış və həqiqi, real əlaqələr, 
normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir. 
b) idarəetmənin demokratikləşməsi. Bu baxımdan ictimai təşkilatların rolunun yüksəldilməsi, ümumi 
qərarların işlənib hazırlanmasına işçilərin cəlb olunması, bəzi rəhbərlərin seçkili olması qaydasının tətbiqi, əmək 
fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğruldur. 
c) sosial planlaşdırma.  İşçilərin ixtisasının artırılması  və rifahının yaxşılaşdırılması, kollektivin sosial 
strukturunun təkmilləşdirilməsi, adamların sosial müdafiəsinə kömək edən tədbirlərin həyata keçirilməsi və s. 
kollektivin fəaliyyətinə  səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafının 
məqsəd, vəzifə  və göstəricilərini, habelə onları  həyata keçirmək vasitələrini müəyyənləşdirməyin elmi cəhətdən 
əsaslandırılmasını təmin etmək deməkdir. 
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə 
aşağıdakı metodların ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür: 
a) inzibati-təşkilati metodlar; bu metodlar dövlətin iradəsinə  və nüfuzuna istinad edir və idarəetmə 
obyektinə bilavasitə  təsir göstərir.  İdarəetmənin inzibati-təşkilati metodlarının xarakter xüsusiyyətləri sırasına 
bunlar aid edilə bilər: operativlik; idarə olunan obyektə birbaşa təsir; göstərişlərin, sərəncamların, əmrlərin və digər 
inzibati qərarların yerinə yetirilməsinin məcburi xarakteri; yerinə yetirilməyən  əmr və  sərəncamlar üçün ciddi 
surətdə müəyyən edilmiş məsuliyyət; səhv qərarların qəbulu üçün fərdi məsuliyyət. Bu metodların üstün cəhətlərinə 
baxmayaraq, onların tətbiqində müəyyən qüsurlar da özünü göstərir: qərarların qəbulun-a özbaşınalıq, 
volyuntarizm və bürokratizm təzahürləri. 
b) iqtisadi metodlar; bu metodlar idarəetmədə  və  təsərrüfat fəaliyyətində iqtisadi qanunlardan və 
münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur.  İqtisadi metodların reallaşdırılmasının 
əsasını nəticə etibarilə adamların maddi maraqlarının aşkara çıxarılması və on-ardan istifadə olunması təşkil edir; 
bu maraqlar işçiləri iqtisadi qanunların tələblərini yerinə yetirməyə sövq edir. 
c) sosial-psixoloji metodlar; bu metodlar ayrı-ayrı işçilərin və kollektivlərin fərdi xarakteristikalarını nəzərə 
almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması  şəxsiyyətin və 
kollektivin mövcud potensialının azad, sərbəst inkişafına, onların fəaliyyətinin aktiv yaradıcı  əsasda qurulmasına 
kömək edir. Ona görə  də  hər bir rəhbər işçi idarəetmənin sosial - psixoloji əsaslarına yiyələnməyə ciddi səy 
göstərməlidir.  İşçinin davranışı, onun digər  şəxslərlə qarşılıqlı  təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir. Bu 
halda şəxsiyyət ünsiyyətin mühüm ünsürü, kollektiv fəaliyyətin iştirakçısı, çoxsaylı qrupların üzvü kimi nəzərdən 
keçirilməlidir. Lakin kiçik kollektivlərin, böyük sosial birliklərin, kütləvi proseslərin xüsusiyyətlərinə  də diqqət 
yetirilməlidir. 
[241 - 242]
 


97 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin