F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə97/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   131
sosiologiya

aparılması və s. İdarəetməyə dair ayrı-ayrı nəşrlərdə demək olar ki, idarəetmə funksiyaları sadalanır, lakin onların 
fərqi çox azdır. 
Mütəxəssislərin fikrincə, Amerika menecmentində belə bir yanaşma üstünlük təşkil edir ki, idarəetmə 
fəaliyyətinin mühüm növlərini bir neçə anlayışda birləşdirməklə ifadə etmək olar. Hesab olunur ki, idarəetmə 
prosesi 4 funksiyadan ibarətdir:  planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət.  Qeyd edilən bu funksiyalar 
əlaqələndirici proseslərlə - kommunikasiya və qərarların qəbulu prosesləri ilə birləşirlər. 
Planlaşdırma bu məqamları  nəzərdə tutur: bütövlükdə idarəetmə sisteminin, o cümlədən onun ayrı-ayrı 
hissələrinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib hazırlanması; həmin proqramı reallaşdırmaq 
sahəsində idarəetmə subyektlərinin məqsəd və  vəzifələrinin müəyyənləşdirilməsi; proqramın zəruri ehtiyatlarla 
(maddi-maliyyə,  əmək, təşkilati) təmin olunması; planlaşdırılan nəticələrə 
[236 - 237]
 nail olmaq vasitələrinin 
müəyyən edilməsi. 
Planlaşdırma proqnozlaşdırma ilə  sıx bağlıdır, çünki idarəetmə sisteminin məqsədyönlü inkişafının təmin 
olunması həmin sistemin gələcək vəziyyətinin mümkün variantlarını işləyib hazırlamağı nəzərdə tutur. 
Təşkiletmə idarəetmə subyektlərinin fəaliyyətinin çox mühüm növü olub, daha konkret məqsədlərə 
istiqamətlənir, idarəedən və idarəolunan sistemlərin formalaşmasını, onlar arasında münasibətlərin nizamlı 
sahmana salınmasını  nəzərdə tutur. Təşkiletmə  zərurət olduqda yeni idarəetmə orqanlarının, strukturlarının 


95 
 
yaradılması, kadrların seçilməsi və yerləşdirilməsi, müvafiq orqanların və  vəzifəli  şəxslərin səlahiyyətlərinin 
müəyyənləşdirilməsi, struktur məsələlərin həlli, idarəetmə münasibətləri iştirakçılarının qarşılıqlı  təsir və  əlaqə 
qaydalarının müəyyənləşdirilməsi və s. kimi məsələlər kompleksini əhatə edir. 
Motivləşdirmə funksiyası qarşıya qoyulan və planda əksini tapan vəzifələrin təşkilat üzvləri tərəfındən 
yerinə yetirilməsində mühüm rol oynayır. Faktlar sübut edir ki, qədim zamanlardan işçilərə  hədə, cəza və s. ilə, 
nisbətən az adama isə mükafatlarla təsir göstərmək imkanlarından istifadə olunmuşdur. XVIII əsrin sonundan 
etibarən belə bir inam möhkəmlənmişdir ki, adamların çox qazanmaq imkanı olduqda onlar daha səylə, daha yaxşı 
işləyirlər. Bu motivləşdirmə asan və sadə qavranılan məsələ hesab olunmuşdur. Tədricən insan münasibətlərinə 
diqqətin artması, Elton Meyonun eksperimentləri («Uestern Elektrik» zavodunda -ABŞ) sayəsində belə bir cəhət 
aydınlaşdı ki, insan hərəkətlərinin motivləşməsi əsasən iqtisadi amillərlə deyil, müxtəlif tələbatlarla şərtlənmişdir. 
Hazırda artıq dərk edilir ki, işçiləri effektiv motivləşdirmək üçün müəyyənləşdirmək vacibdir ki, hansı  tələbatlar 
hansı işçilər üçün aktualdır, həmin tələbatları hansı işlə ödəmək mümkündür. Yaxşı təşkil olunmuş səmərəli əmək 
işçinin fəaliyyətini motivləşdirən çox mühüm amildir. 
[237 - 238]
 
Nəzarət idarəetmə prosesinin daimi fəaliyyət göstərən komponentidir. İdarəetmə sisteminin nizamlı 
fəaliyyəti üçün nəzarətin üç aspektindən bəhs edirlər: 
Birinci aspekt standartların müəyyənləşdirilməsidir. Bu, məlum zaman kəsiyində əldə ediləcək məqsədlərin 
dəqiq müəyyən olunmasını  nəzərdə tutur, işlənib hazırlanan planlarda əsaslandırılır.  İkinci aspekt məlum dövrdə 
əldə edilmiş  nəticələrin ölçülməsi və gözlənilən nəticələrlə müqayisə edilməsidir. Üçüncü aspekt zərurət 
yarandıqda ilkin plandan ciddi kənara çıxmaları təshih etmək üçün fəaliyyət göstərməkdir. 
Yuxarıda qeyd edilən funksiyaları  sıx  əlaqələndirən, onların qarşılıqlı asılılığını  təmin edən iki 
xarakteristikaya -qərarların qəbuluna və kommunikasiyaya xüsusi diqqət yetirilməsi məqsədəuyğundur. 
İdarəetmə  qərarı  rəhbərliklə tabelikdə olanlar arasındakı münasibətlərin mühüm ünsürüdür, hakimiyyətin 
təşkilatda reallaşdırılması mexanizmidir. 
Sosial idarəetmədə qərarlar öz rəngarəngliyi ilə seçilir. Onları müəyyən əsaslara görə tiplərə ayırmaq olar. 
Məzmununa və xarakterinə görə aşağıdakı tipləri qeyd etmək olar: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin