3. Sosial idarəetmə mürəkkəb proses kimi Sosial idarəetmə prosesi müəyyən növ fəaliyyətin ümumiləşmiş ifadəsidir, qarşıya qoyulmuş məqsədlərə
nail olmaq istiqamətində reallaşdırılan ardıcıl hərəkətlərin məcmusudur.
Elmi ədəbiyyatda qeyd olunur ki, idarəetməyə proses mövqeyindən yanaşmanı təklif edənlər XX əsrin 30-cu
illərində inzibati idarəetmə tərəfdarları olmuşlar. Lakin onlar idarəetmə mərhələlərini funksiyalar kimi nəzərdən
keçirərkən həmin funksiyaların qarşılıqlı əlaqəsinə lazımınca diqqət yetirməmişlər. Lakin idarəetməyə proses
mövqeyindən yanaşanların digər qismi həmin qüsuru aradan qaldırmağa səy göstərmiş, müəyyən təşkilat
hüdudlarında hərəkətlərin və ya funksiyaların qarşılıqlı əlaqəsini, ümumi fasiləsiz axarını nəzərə çarpdırmışlar. Bu
konsepsiyanın ilk müəlliflərindən sayılan Anri Fayol belə hesab edirdi ki, idarə etmək planlaşdırmaq, təşkil etmək,
sərəncam vermək, əlaqələndirmək və nəzarət etmək deməkdir.
Hazırda sosial-fəlsəfı ədəbiyyatda, idarəetmə nəzəriyyəsinə və praktikasına həsr olunmuş əsərlərdə
idarəetmə prosesi təşkilati və funksional struktur baxımından təhlil olunur. Başqa sözlə, həmin prosesdə müəyyən
mərhələlər və ya funksiyalar ayırd edilir.
Təşkilati struktur baxımından sosial idarəetmə prosesini bir-birinin ardınca gələn müəyyən mərhələlərin
məcmusu kimi başa düşmək olar. Belə mərhələlərin ayırd edilməsinə müxtəlif müəlliflərin fərqli yanaşması
mövcuddur. Həmin yanaşmaların müqayisəli təhlili göstərir ki, fərqlər əsasən məsələyə nə dərəcədə konkret
yanaşma ilə əlaqədardır. Bəziləri (məsələn, V. Q. Afanasyev) 4 mərhələ - qərarın işlənib hazırlanması və qəbulu,
təşkiletmə, tənzimetmə, uçot və nəzarət, bəziləri (məsələn, Q. Q. Vasilyev) 6 mərhələ - idarəetmə probleminin
qoyulması, zəruri informasiyanın toplanılması, qərarın işlənib hazırlanması, qərarın qəbul edilməsi, qəbul
[235 -
236]
olunmuş qərarın icrasının təşkili, nəzarət və s. ayırd edirlər.
İdarəetmə prosesinin nə dərəcədə konkret diferensiasiyası ilə şərtlənən fərqli mövqelərin olması təbii
sayılmalıdır. Zənnimizcə, ayrı-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi cəhətdir və demək olar ki, heç
kəsdə etiraz doğurmur: