partiya (xüsusən Yeni Azərbaycan Partiyası) ətrafında cəmləşir.
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət
təkcə siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığını,
dərinliyini, siyasi biliyin praktikaya necə qoşulmasını və s. əks etdirir.
Aydın məsələdir ki, insanın siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o
deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması və təkamülü baxımından hüquqi normaların
mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət
yarandıqda yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi
mükəmməl hüquqi prinsiplərə və normalara, qanunların aliliyinə möhtacdır. Bu quruculuq eyni zamanda
vətəndaşların siyasi mədəniyyətinin yetkinliyini
[228 - 228]
nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd
edirdi ki, demokratiya «hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir».
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlarının qərarlaşması, hüquqi demokratik
dövlət quruculuğu vətəndaşların siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir. Ona görə də müstəqil
91
inkişafımıza, milli maraqlara və tələbatlara istinad edən dərkolunmuş siyasi mədəniyyətin formalaşdırılması ümdə
vəzifələrdən olaraq qalır.
Bir məsələyə də diqqət yetirilməlidir: son zamanlar milli ideyadan, onun ictimai-siyasi həyatda rolundan
çox danışırlar. Milli ideya ictimai şüura «hopmuş» ideyaların kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün
sosial yönümlərin, dəyərlərin təmərküzləşməsi ola bilər. Milli ideya şəxsi, qrup və ictimai maraqları ifadə edərək,
onları əlaqələndirərsə, o zaman birləşdirici, səfərbəredici ideya ola bilər.
[228 - 229]
|