F. Q. Vahidov, T. B. Ağayev


 Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur.  4



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə94/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   131
sosiologiya

3. Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur. 
4. Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə  fəal münasibətlərinin bir forması 
olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir. 
5. Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır.  İdarəetmədə insanların ictimai həyatının və 
fəaliyyətinin təkcə obyektiv tələbatları yox, həm də onların mənafeləri, maraqları  nəzərə alınır. Bu mənafelər 
cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər. 
Sosial idarəetmənin bilavasitə  vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam 
sosial sistemin mütəşəkkilliyini, sosial hərəkətlərin qaydaya salınmasını ifadə edir. Bu o deməkdir ki, sosial nəzarət 
mövcuddur, müəyyən məhdudiyyətlər, sanksiyalar, normalar fəaliyyətdədir, sosial hərəkətlərin uyğunluğu, 
əlaqələndirilməsi, sabitliyi təmin edilmişdir. Sosial nizam yaratmaq kimi mürəkkəb vəzifəni yerinə yetirmək üçün 
idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik 
olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir. 
Sosial təşkilatlarda məqsədyönlü idarəedici təsirlə yanaşı 
[233 - 234]
 sosial nizamın digər mənbələri 
(təşkilati qayda və özünütəşkil) də mühüm əhəmiyyət kəsb edir. Təşkilati qayda funksiyaların müəyyən səviyyədə 
ixtisaslaşmasını, sosial hərəkətlərin eyni istiqamətliliyini və sinxronluğunu təmin etməlidir. Təşkilati effekt yüksək 
olduqca qarşıya qoyulmuş  məqsədlərə çatmaq imkanları da artır. Strukturlaşdırılmış  sərt iyerarxik sistem bir 
tərəfdən sosial nizamın saxlanılmasına kömək edir, sosial hərəkətlərin qeyri - müəyyənliyini aradan qaldırır, digər 
tərəfdən isə idarəetmə strukturlarının bürokratlaşmasını gücləndirir. Sərt iyerarxiyanın qüsurlarını  zəifiətməyə 
kömək edən  əsas mexanizm özünütəşkildir. Sosial sistemlər yüksək dərəcədə özünütəşkil edən sistemlər kimi 
fəaliyyət göstərirlər. Ona görə də sosial idarəetmədə idarəetmə səyləri ilə sistemdə özünütəşkil meylləri arasında 
optimal nisbət olması mühüm şərtdir. Mövcud ictimai mütəşəkkilliklə sosial qrupların və ayrı - ayrı fərdlərin onun 
hüdudlarından kənara çıxma səyləri arasında meydana gələn ziddiyyətlərin həlli yolları axtarılmalıdır. Çünki sosial 
təşkilat təkcə müəyyən məqsədlərə çatmaq instrumenti yox, həm də müxtəlif mənafe və tələbatlara malik adamları 
birləşdirən spesifik birlikdir. Bundan əlavə, real sosial qayda nəticə etibarilə çoxpilləli və  rəngarəng özünütəşkil 


94 
 
proseslərindən ibarətdir. Deməli, özünütəşkil sosial təşkilatın mahiyyətli xüsusiyyətidir. Məhz özünütəşkil 
sayəsində  təşkilat canlı orqanizm kimi fəaliyyət göstərir, sosial qaydanı vaxtı keçmiş normalardan xilas edir və 
yeniləşdirir, dəyişən  şəraitə uyğunlaşa bilir. Özünütəşkil proseslərinin məhdudlaşdırılması  təşkilati strukturların 
köhnəlməsinə, idarəetmə münasibətlərinin bürokratlaşmasına, sosial nizam yaratmaq qabiliyyətinin zəifləməsinə 
gətirib çıxarır və nəticədə idarəetmənin effektivliyi azalır. 
Beləliklə, sosial idarəetmədə sosial nizamın üç mənbəyinə uyğun olaraq, idarəetmənin üç növündən bəhs 
etmək olar: a) idarə olunan sistemə bilavasitə idarəedici təsir; b) təşkilati qaydanı idarəetmə; c) özünüidarə. 
[234 - 
235] 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin