1. Qərarın işlənib hazırlanması və qəbul olunması;
2. Qərarın icrasının təşkili;
3. İcranın yoxlanılması (nəzarət).
Sosial idarəetmə prosesini təşkilati struktur baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən ibarət
sistem kimi təsəvvür etmək mümkündür. Bu sistem, şübhəsiz, ümumi xarakter daşıyır.
İdarəetmənin funksiyalarına münasibətdə də vahid mövqe formalaşmamışdır. Müasir elmi ədəbiyyatda ən
müxtəlif funksiyalardan bəhs edilir: planlaşdırma; təşkiletmə; sərəncamçılıq; motivləşdirmə; nəzarət; kommunikasiya; tədqiqetmə; qiymətləndirmə; qərarların qəbul olunması; işçi heyətin seçilməsi; danışıqlar