Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü
deyil. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailə
sosiologiyası daha geniş problemlər dairəsinin - sosiallaşdırmanın, təhsilin, siyasətin və hüququn, əməyin,
mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik,
miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl başa düşməyə imkan verir. İstehsal və
istehlakın əksər sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir.
Ailəyə maraq geniş məzmunlu çoxfunksionallığın öyrənilməsində əlavə unikal vasitəçi roluna idrakı
maraqla dəstəklənir; onun bir fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən
konstruksiyalaşdırılması zamanı strukturların kəsişməsində, makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti
xüsusilə əhəmiyyətlidir. Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasını həyata
keçirmək və empirik yolla tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına
malikdir.
Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı və
burada, hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri definisiyada toqquşmamalı, əksinə,
üst-üstə düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin,
nikahını və qohumluğun
[281 - 282]
müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə defmisiyaları
əldə etmək mümkündür.
Ailə yaradan münasibətlər kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan çoxsaylı ailə
defınisiyaları mövcuddur (məsələn, ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadları olan və ya bir yerdə
yaşayan şəxslər qrupudur; ailənin əlamətlərinin əhatəli sıralanması da bu qəbildəndir). Əhalinin nəsilartırma
meyarlarını və sosial-psixoloji tamlığını nəzərə alan ailə defınisiyaları arasında sosioloq A. Q. Xarçevin verdiyi
tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi,