113
«ailə qrupları» adlandırılması daha dəqiq olacaq formaya həsr etmişlər, hərçənd ki, bu fəsillər
faktik olaraq ər-
arvadlığa və ya daha çox portnyorluğa və birgəyaşayışa aiddir.
Ailənin formalaşması bir sıra mərhələlərdən keçir. Onların içərisində ən mühümləri aşağıdakılardır: 1.
nikahın bağlanması - ailənin yaranması; 2. uşaq doğumunun başlanması - ilk uşağın doğulması; 3. uşaq doğumunun
sona çatması - sonuncu uşağın doğulması; 4. «boş yuva» - sonuncu uşağın ailəni tərk etməsi; 5.
ailənin
mövcudluğunun sona çatması - ərin və ya arvadın vəfat etməsi. Hər bir mərhələdə ailə ancaq özünə xas olan sosial
və iqtisadi xüsusiyyətlərə malik olur.
Ailə sosial institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana gəlmişdir. Həmin dövrdə ailənin
fəaliyyəti
[283 - 284]
normativ dəyərlərlə tənzimlənirdi. Dövlətin yaranması ilə ailə münasibətlərinin nizamlanması
hüquqi xarakter daşımağa başladı. Nikahın hüquqi qeydiyyatı yalnız ər-arvadın yox, həm də onların birgə həyatını
sanksiyalaşdıran dövlətin üzərində müəyyən öhdəliklər qoyur. Bundan sonra sosial nəzarət və sanksiyalar yalnız
ictimai
rəylə deyil, həm də dövlət orqanları tərəfındən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu,
cəmiyyətdə ailənin dağılmasının qarşısının alınmasında və onun sabitliyinin güclənməsində mühüm amillərdən
biridir.
Dostları ilə paylaş: