Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Oduncaq materialının qurudulması. 

Təzə  kəsilmiş  ağacın  nəmliyi  inşaatda  işlədilən  oduncağın  nəmliyindən  xeyli 

artıqdır.  Oduncaq  qurudulduğu  zaman  qurutma  materialın  bütün  en  kəsiyin  bir 

bərabərdə aparılmadıqda oduncaq qabara və çatlaya bilər. 

Oduncaq aşağıda göstərilən üsullarla qurudulur: 

1. Havada qurutma;  2. xüsusi kameralarda qurutma; 3. yüksək tezlikli elektrik 

cəryanı  ilə  qurutma  və  4.  100

0

  c-dən  artıq  temperaturda  qaynar  susuz  mayelərdə 



qurutma. 

Oduncağın  qurudulması  onun  səthindən  nəmin  buxarlanmasından  və  daxili 

qatlardakı  nəmin  xarici  qastlara  keçməsindən  ibarətdir.  Oduncağın  quruma  sürəti 

materialların  ölçülərindən,  havanın  temperaturu  və  nəmliyindən,  oduncağın 

cinsindən,  sıxlığından  və  s.  aslıdır.  Nazik  taxtalar  qalınlara  nisbətən  daha  tez,  sıx 

oduncaqlar yumşaq oduncaqlardan daha gec quruyur.  

Havada  qurutma.  Oduncaq  materiallarını  habada  qurutmaq  üçün  xüsusis 

avadanlıq lazım deyildir. Bu qurutma üsulunda ancaq anbarlardan istifadə edilməsi 

onun  əsas  üstünlüyüdür.  Lakin    belə  qurutmanın  bir  sıra  mühüm  çatışmayan 

cəhətləri  də  vardır:  1).  Oduncağın  qurudulması  üçün  çox  vaxt  tələb  olunur;  2) 

oduncaq  ancaq  havada  quru  vəziyyətinə  qədər  qurudula  bilər  və  3)  oduncağın 

çürüməsinə şərait vardır. 

Meşə  materialları  anbarların  quru  və  hündür  yerlərində,  zibilikdən,  ağac 

kəpəyi və yonqarın yığımından və s. uazaq məsafədə yerləşdirilməlidir. Anbar olan 

sahədən yağış və torpaq sularının axması üçün su arxları düzəldilməlidir. 



 

41

Yanğın  əleyhinə  təhlükəsizlik  texnikası  tələblərinə  uyğun  olaraq  anbarla 



qonşu  bina  rasındakı  məsafə  100m-dən  az  olmamalı  və  anbarda  yanğın  əleyhinə 

quruluşlar  düzəldilməlidir.  Meşə  materialları  qabaqcadan  düzəldilmiş  bünövrələr 

üzərində qalaqlara  yığılır.  Həmin bünövrələrin  hündürlüyü 60-70sm olmalıdır. Bu 

zaman  qalığın  altından  çıxan  nəm  hava  sərbəst  kənar  edilir  və  qalaqların  altı 

kifayət qədər ventilyasiya olunur. 

Qalağın  uzunluğu  qurudulan  materialın  uzunluğu  ilə  müəyyən  edilir,  eni  isə 

6m  çox  olmamalıdır.  Qalaqlar  arasındakı  aralıqlar  2m-dən,  yollar  isə  8m-dən  az 

olmamalıdır. 

Havada  qurutma  üçün  yaxşı  şərait  yaratmaqdan  ötrü  taxta  sıraları  arasına, 

quru  və  sağlam  ağacdan  25-40mm  qalınlığında  tamasa  qoyulur  ki,  onların 

arasındakı məsafə 60-100sm olur. 

Şalban,  tir  və  qalın  taxtaların  çatlanmasına  yol  verməmək  üçün  onların 

kəllələrinə  83%  aoduncaq  qətranı,  17%  sönmüş  əhəngdən  ibarət  məhlul  və  ya 

sadəcə əhəng məhlulu çəkirlər.  

Bu  üsulla  qurutma  müddəti  ağacın  cinsindən,  nəmliyindən,  materialların 

ölçüsündən və iqlim şəraitindən aslıdır. 

Kameralarda  qurutma.  Oduncağın  qurudulması  müddətini  azaltmaq  məqsədi 

ilə  süni  üsullar  tətbiq  olunur.  Süni  qurutma  üsullarınadan  ən  qədimdən  məlum 

olanı kamerada qurutma üsuludur. Oduncağın kametalarda qurudulmasının bir sıra 

üstünlükləri  vardır:  1)  Qurutma  müddəti  azdır  və  meşə  materiallarının  saxlamaq 

üçün  az  sahə  tələb  olunur;  2)  materrial,  cinsindən  aslı  olaraq  tələb  edilən  rejimdə 

istənilən  nəmliyə  qədər  qurudula  bilər;  3)  qurutma  prosesində  material  xəstəliyə 

tutulmur. 

Kameralarda  qurutma  üsulunda  qurtmaxanaya  avdanlıq  lazım  olması  və 

qurutma üçün çoxlu yanacaq sərf edilməsi bu üsulun mənfi cəhətidir. 

Qurudulan  materiala  istilikvermə  üsulundan  aslı  olaraq  bir  çox  tipli 

qurutmaxanalar  vardır.  Kameralara  hava,  buxar  və  tüstü  vasutəsi  ilə  istilik  verilə 

bilər.  Çox  zaman  hava  qurutmaxanaları  tətbiq  olunur.  Çünki  belə  qurutma 




 

42

kamerasını  daxilində  temperatur  və  havanın  nəmliyini  asanlıqla  tənzimləmək 



mümkündür. 

Mişarlanmış  materiallar  üşçün  qurutma  rejimi,  materialların  qalınlğından  və 

cinsindən  aslı  olarq  müxtəlifdir.  Qurutma  üçün  bərk  qızdırılmış  və  çox  quru  hava 

işlətmək  olmaz,  çünki  bu  zaman  materialda  çat  əmələ  gələ  bilər.  Qurutma 

kamerasında  başlanğıc  temperatur  və  havanın  başlanğıc  nəmliyi  oduncağın 

nəmliyindən  aslı  olaraq  təyin  edilir.  Oduncağın  nəmliyi  çox  olduqca,  verilən 

havanın  nəmliyidə  çox  olmalıdır.  Oduncaq  materialı  quruduqca  aurutmaxanaya 

verilən havanın temperaturunu artırır, nəmliyini azaldır. 

Oduncağın  ilk  nəmliyi  60%  və  son  nəmliyi  12%  olduqda,  xarrat  məmulatına 

işlədiləcək mişarlanmış materialların qürütma müddəti təxminən belədir: 

Qalınlığı 25mm olan şam və küknar taxtaları üçün 3gün, qalınlığı 50mm olan 

şam  və  küknar  taxtaları  üçün  6  gün,  qalınlığı  25-50mm  olan  palıd  taxtaları  üçün 

müvafiq olaraq 14-29 gündür. 

Oduncağın  son  nəmliyi,  materialın  harada  işlədilməsindən  və  məmulatın 

növündən  aslı  olaraq  müəyyən  edilir.  Aşağıdakı  cədvəldə  xarrat  məmulatı  üçün 

ağacın son nəmlik qiymətləri göstərilmişdir. 

Cədvəl 3 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin