Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


Oduncaq materialının çürüməkdən qorunması



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   29   30   31   32   33   34   35   36   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Oduncaq materialının çürüməkdən qorunması. 

Ağac  elementlərinin  çürüməsinin  qarşısını  almaq  üçün  nəmliyi  20%-dən  az 

olan  oduncaq  materialları  işlətmək  və  konstruktiv  tədbirlərlə    oduncağı 

nəmlənməkdən qorumaq lazımdır. 

Konstruksiyalarda  su  buxarının  kondensasiyası  nəticəsində  nəmlənə  bilən 

oduncaqları  buxar  izolyasiyası  materialları  ilə.  Məsələn  perqaminlə  daha  isti  və 

nəm havadan qoruyurlar. Çox nəm olan döşəmə altını, etibarlı təbii vintilyasiya ilə 

təmin etmək lazımdır ki, artıq nəmlik kürsüdən olan deşiklərdən kənar edilə bilsin. 

Ağac  elementlər,  daş  və  başqa  istilik  keçirən  materiallarla  təmas  yerlərində 

tol, perqamin və ya antiseptik hopdurulmuş taxtalarla izolyasiya olunmlıdır. 

Tikintinin  bütün  hissələrini  salamat  saxlamaq  üçün  binanın  daxilində  normal 

temperatur və nəmlik şəraiti yaratmaq lazımdır. 

Nəzərdə  tutmaq  lazımdır  ki.  çürüməklə  mübarizə  tədbirləri  olaraq  oduncağı 

antiseptikləmək  ancaq  köməkçi  əhəmiyyətə  malikdir.  Oduncağı  çürüdən 

orqanizimlər üçün zəhərləyici maddələrə antiseptik deyilir. 

Antiseptiklərə aşağıda göstərilən tələblər verilir: 

1. 

Antiseptiklər  göbələklərə  qarşı  zəhərli  olmalı  və  zəhərlilik  xassəsini 



uzun müddət saxlamalıdır; 

2. 


Oduncağın  və  onu  birləşdirən  metal  bərkitmələrinin  möhkəmlityinə 

zərərli təsir etmməlidir4 

3. 

Oduncağın mümkün qədər daha çox dərinliyinə hopmalıdır; 



4. 

İnsanlar və ev heyvanları üçün zərərsiz olmalı və iy verməməlidir; 

5. 

antiseptiklər mümkün qədər ucuz olmalıdır. 



Suda həll olan və yağ antiseptikləri olamaqla iki qrupa bölünür. 


 

44

Suda həll olan antiseptiklər.  İnşaatda istifadə olunan bu qrup antiseptiklərdən 



natrium-flüoridi,  natrium-slisium-heksaflüoridi,  ammonium-heksaflüoridi  və  s. 

göstərmək olar. 

Natrium-flüorid  (NaF)  oduncağı  qorumaq  üçün  inşaat  işlərində  ən  çox 

işlədilən antiseptikdir.  Bu, ağ rəngli toz olub suda az  həll olur. İyi  yoxdur.  Təmiz 

halda o çox güclüdür, lakin su onu yuyub çıxarır.  

Natrium-slisium-heksaflüorid (Na

2

SiF


6

) soyuq suda 0,65%, isti suda isə 2,4% 

həll  olur.  Bu antiseptik  maddə ancaq soda  və başqa qələvilər əlavə etməklə tətbiq 

olunur.  Bu  zaman  kimyəvi  reaksiya  nəticəsində  suda  yaxşı  həll  olan  sərbəst 

natrium-flüorid əmələ gəlir: 

 

Na



2

SiF


6

+ 2Na


2

CO

3



 = 6NaF+ 2CO

2

+ SiO



Ammonium-heksaflüorid  [(NH

4

)

2



SiF

6

]  heksaflüorid  turşusunun  susuz 



amonium duzudur. Bu antiseptik maddə hiqroskopik deyildir. Suda 18,5%-ə qədər 

həll olduğu üçün müxtəlif qatılıqlı məhlullar halında oduncağı antiseptikləşdirmək 

üçün istifadə olunur. 

Yağ  antiseptikləri.  Daimi  və  ya  müvəqqəti  olaraq  rütubətin  ,  qar,  yağış  və 

yeraltı  suların  təsirinə  məruz  qalan  ağac  qurğuları  və  onların  ayrı-ayrı  hissələrini 

antiseptikləşdirmək üçün işlədilir. 

Yağ  antiseptiklərinin  pis  iyi  olduğundan  onlar  adətən  yaşayış  yerlərindən 

uzaqdakı  konstruksiyalarda  tətbiq  olunur.  Yağ  antiseptikləri  oduncağın  yanma 

qabiliyyətini  artırdığına  görə  onlat  elektrik  xətlərindən  və  sobalarından  uzaq 

olmalıdırlar.  Yağ  antiseptikləri  aduncağa  üstdən  sürtüldükdə  adətən.  zəif  daxil 

olduğundan,  onları  isti-soyuq  vannalarda  və  ya  təzyiq  altında  oduncağa 

hopdururlar. 

Daş  kömüründən  alınan  krezot  yağı  ən  yaxşı  antiseptikdir.  O,  daş  kömür 

qətranını  200-400

0

c-də  distilə  məhsulu  olub,  tünd-qəhvəyi  rəngli,  kəskin  pis  iyli 



yağdır.Mülkü  və  sənaye  tikintilərində  ayrıca  və  ya  yaşıl  –  qonur  yağlarla,  ya  da 

mazutla qarışdırılıb işləilir. 




 

45

Antiseptiklər  əsasınad  pastalarda  hazırlanır  Antiseptik  pastalar  4  qrupa 



bölünür: 

1. 


Ekstrakt  pastalar  –  bunların  ərkibində  yapışdırıcı  sulfit-spirt  bardası                          

işlədililir. 

2. 

Gil  pastaları  –  bunlarda  yapışdırıcı  rolunu  isladılmış  yağlı  gil,sulfit-



spirt bardası, yapışqan və II,III markalı bitiumlar oynayır. 

3. 


Bitum pastaları – bunlarda yapışdırıcı maddə asan əriyən bitumlardır. 

4. 


Slikat  pastası  –  bunlarda  yapışdırıcı  kimi  maye  şüşələrdən  istifadə 

olunur. 


Bütün  bu  pastaların  tərkibində  suda  həll  olan  antiseptik  (natrium-flüorid, 

natrium-metaslikat, troilit, uralit və s. ) daxil edilir. 

Ekstrak  pastasını  tərkibi  sulfit-spirt  bardası  ekstraktından  (28-26%),  natrium-

flüoriddən  (25-40%),üyüdülmüş  torfdan  (4%),  sudan  (42-30%  )  ibarətdir.  Bu 

pastalar suya davamlı deyildir. Psata asanlıqla yuyulub gedir. 

Bitum  pastaları  natrium-flüoriddən,  III  və  IV  markalı  neft  bitumundan,  yaşıl 

sabundan  və  torf  tozundan  ibarətdir.  Tərkibində  təxminən  15%  bitum,  50% 

natrium-fülorid, 30% yaşıl sabun və 5% torf tozu vardır. Bu pastalar suyun təsitinə 

davamlıdır, həlledici quruduqda xoşa gəlməyən kəskin iy verir. 

Slikat  pastalarının  tərkibində  65-79%  maye  şüşə,  15-20%  natrium-slisium-

heksofüorid və 1-2% daş kömür yağı vardır. Bu pastalar suyun təirinə arşı davamlı 

deyildir və yanmır, havada nisbətən tez bərkiyir. 

Gil pastalarının tərkibində 35% isladılmış yağlı gil, 30% natrium-flüorid, 30% 

su  və  5%    II  və  III  markalı  bitum  vardır.  Gil  pastaları  az  əhəmiyyətli  ağac 

elementləri üçün ekstrak və slikat pastaları əvəzinə işlədilir. 

Antiseptikləmə  üsulları.    Oduncaq  hissələrini  aşağıda  göstərilən  üssularla 

antiseptikləmək  geniş  tətbiq  olunur:  üzdən  emaletmə,  isti  və  soyuq  vannalarda 

ardıcıl surətdə hopdurma, təzyiq altında hopdurm,pastalarla emal etmə. 

Üzdən emaletmə - məhlul oduncağın üzərinə rəngsiz fırçalarla çəkilir. Bu üsul 

konstruksiyanın  özündə  quruması  mümkün  olan  yaş  meşə  materiallarını  qorumaq 




 

46

üçün  yaralıdır.  Məhlulun  qatılığı  3-15%  qədər  olur.  Bu  üsulun  üstünlüyü  onun 



sadəliyi, nöqsanı isə oduncağın antiseptiki az hopdurmasıdır. 

Isti  və  soyuq  vannalarda  hopdurma  -  əvvəlcə  oduncağı  90

0

-yə  qədər 



qızdırılmış antiseptik məhlula salaraq 3-4 saat saxlayırlar. Bu zaman oduncaq qızır, 

onun  məsamələrində  olan  hava  genişlənir  və  qismən  kənar  olur.  Sonra  oduncağın 

içərisinə  soyuq  və  ya  isti  antiseptik  məhlul  olan  vannaya  salırlar  və  məhlul 

oduncaq  hüceyrələrinə  daxil  olur.  Oduncağın  nəmliyi  30%-dən  çox  olmadıqda 

yaxşı nəticə alınır. 

Təzyiq  altında  antiseptik  hopdurma  –  bu  üsul  mürəkkəbdir  və  xüsusi  zavod 

avadanlığı  tələb  edir.  Təzyiq  altında  tamam  və  natamam  üsulla  hopdurmaq  olar. 

Natamam  üsulla  hopdurmaq  üçün  oduncağa  əvvəlcə  abtoklavda  6-16  atm.  Təzyiq 

altında  antiseptik  hopdurulur  və  sonra  cihazdabakuum  yaradılır.  Yüksək  təzyiq 

vakuumla  əvəz  olunduğundan  oduncağın  hüceyrələrindəki  hava  antiseptikin  artıq 

qalan  hissəsini  kənara  çıxarır.  Antiseptik,  hüceyrələrin  ancaq  daxili  divarlarını 

əhatə edir vəbeləliklə, az sərf olunur. 

Çox  zaman  bu  üsulla  şpllar,  dirəklər,körpü  və  başqa  tikili  hissələri 

antiseptiklərlə hopdurulur. 

Pastalarla  antiseptikləmə  -  dövrü  surətdə  nəmlənən  ağac  konstruksiya 

elementləri üçün istifadə olunur.Pastanı emal olunan səthə bir bərabərlikdə çəkmək 

lazımdır.  Qış  zamanı  slikat  pastasındn  başqa  qalan  pastaları  30-40  dərəcəyə  kim 

qızdırmaq lazımdır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin