Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   29   30   31   32   33   34   35   36   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

 

 

 

 

 

 

 


 

49

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

Yazdiğim  buraxiliş  işi    Respublikanın  istehlak  bazarına  daxil  olan  ağac 

konstruksiyalı  materiallarının  istehlak  xassələri  və  ekspertizasindan    bəhs  edir. 

Ümumiyətlə  inşaat  mallarının  əmtəə  əlaqələrində  yeri,  bu  sahədə  bütün  növ 

məhsuların  və  xidmətlərin  əmtəəlik  xassələrinin  öyrənilməsini  və  ortaya  çıxan 

ziddiyyətlərin 

aradan 


qaldırılmasını, 

keyfiyyətin 

tənzimlənəsinə, 

standartlaşdırılmasına və nəzarətin güclənditilməsinə marağı təmin edir. 

Məlum  olmuşdur  ki,  inşaatda  istifadə  olunan  ağac  materiaalrının  keyfiyyəti 

oduncağın  xassələrindən  bilavasitə  aslıdır.  Oduncaq  əsasən  mişarlanmış 

materialar,faner, selüloz, ağac-lifli, ağac-yonqar tavalar halında tətbiq olunur. 

Müasr  inşaatda  müxtəlif  materiallardan  istifadə  edilməsinə  baxmayaraq 

oduncaq  öz  əhəmiyətini  itirməmişdir.  Əksinə,  ona  tələbat  ildən-ilə  artır.  Belə  ki, 

dünyada oduncağa tələbat  2,5 mlyr.m

3

-ə qədərdir. 



Lakin  qeyd  etdiyimiz  üstünlüklərlə  yanaşı  belə  nəticəyə  də  gəlmək  olar  ki, 

oduncaq  bəzi  mənfi  xasələrə  də  malikdir:  nəmliklik  dəyişdikdə  o  yığışır,  şişir; 

qabarır  və  çatlayır.  Onun  möhkəmliyi.  Bərkliyi  və  digər  mexaniki  xassələri, 

eləcədə  fiziki  xassələri  müxtəlif  istiqamətlərdə  eyni  deyildir.  Oduncaq  yanır, 

çürüyür  və  həşaratlar  tərəfindən  zədələnir.  Bundan  başqa,  oduncağın,  onun 

keyfiyyətini  aşağı  salan  bioloji  mənşəli  qüsurların  (düyünlər,  əyrilik  və  s.)  da 

vardır. 

Ağac  –  inşaat  mallarının  hazırlanmasında  istifadə  olunana  ağac  cinslərindən 

söhbət  açaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  onlar  müxtəlif  xasələrə  malikdirlər. 

Belə  ki,  şam  ağacı,  kükünar  möhkəm,  çürüməyə  davamlı  olduğu  halda,  ağ  şam 

çürüməyə davamsızdır. Bu da onu inşaatda tətbiqiini məhdudlaşdırır. 

Ağac  –  inşaat  mallarının  keyfiyyətindən  danışarkən  birinci  növbədə  ağacda 

rast  gəlinən  nöqsanları  araşdırmaq  lazımdır.  Bu  nöqsanların  materialların 

keyfiyyətinə mənfi təsiri əlbətdə ki, istifadə özünü göstərməyə bilməz. 

Onu  da  qeyd  edək  ki.  ağac-  inşaat  mallarına  da  digər  mallarda  olduğu  kimi 

keyfiyyət  tələbləri  verilir.  Bu  tələblətr  əsasən  texniki  tələb  və  məmulatın  xidmət 

müddətinə verilən tələblərdir. Həmçinin bu malların saxlanılmasına da tələblər irəli 



 

50

sürülür. Materialların saxlanıldığı anbarların lazımı temperaturda, rütubətdə olması 



vacib şərtdir. 

Texnoloji  tələblərə  cavab  verən  hər  bir  ağac  materialı  istifadə  zamanı  öz 

sadəliyinə,  yüngülüyünə  görə  fərqlənməli,  onların  emalında  müasir  metodların 

tətbiq edilməsinə imkan yaratmalıdırlar. 

Yuxarıda  söylənilən  bütün  bu  nəticələr  bu  sahədə  çalışan  əmtəəşünas  – 

mütəxəssislər qarşısında mühüm vəzifələr qoyur. 

Bunları  nəzərə  alaraq  buraxılış  işimə  aid  aşağıda  göstərilən  təklifləri  irəli 

sürməyi məqsədəuyğun hesab edirəm: 

1.  Respublikamızda  yerli  xammallardan  düzgün  və  səmərəli  istifadə  etməli, 

xammal  bazası  zənginləşdirilməsi  baxımından  müvafiq  xonalarda  ağac  –  inşaat 

malları  istehsalında  xammal  hesab  edilən  şam,  sidr,  küknar,  qoz,  şabalıd 

meşəliklərinin salınması və genişləndirilməsi ilə ciddi məşqul olmaq lazımdır. 

2.  Çoxlu  kapital  qoyuluşu  hesabına  keyfiyyətin  yaxşılaşdırılması  baxımından 

istehsal müəssisələrimizi müasir – texnoloji avadanlıqlarla təmin etmək lazımdır. 

3.  Zəngin  tekusturalı  ağac  cinslərinin  tətbiqini,  rütubətə  və  çürüməyə  daha 

dava Oduncağın vəziyyətinə görə sağlam, çürümüş, çürük və tütünə oxşar düyünlər 

vardır.  Oduncağında  heç  bir  çürümə  əlaməti  olmayan  düyünə  sağlam  düyün 

deyilir.  Mişarlanmış  meşə  materiallarındakı  və  şpondakı  sağlam  düyünlərin 

rənginə  görə  açıq  və  tünd  düyünlərə  ayırırlar.  Açıq  rəngli  sağlam  düyünlərdə 

oduncağın  rəngi  onu  əhatə  edən  oduncağın  rəngindən  azacıq  tünd  olması  ilə 

fərqlənir.  Tünd  rəngli  sağlam  düyünlərin  oduncağı  qətran,  aşı  və  nüvə  maddələri 

ilə hopmuş olduğundan onu əhatə edən oduncaqdan rənginin xeyli tündlüyünə görə 

fərqlənir.  Sağlam  düyündə  bir  və  ya  bir  neçə  çat  olarsa  belə  düyünə  çatlı  sağlam 

düyün düyilir. Əgər düyün kəsiyi sahəsini 1/3- dən az hissəsi çürüksə belə düyünə 

çürümüş  düyün,  1/3-  dən  çox  hissəsi  çürümüşsə,  çürük  düyün  deyilir.  Düyünün 

oduncağı  bütövlükdə,  yaxud  qismən  asanlıqla  qırmızı  –qonur  rəngli  kütləyə 

ovxalanırsa belə düyünə tütünə oxşar düyün düyilir. 

Sortimentləri düyünlüyünə görə xarakterizə etdikdə düyünün  növü, ölçüsü və 

miqdarı göstərilir. Girdə meşə materiallarında açıq düyünlərin növünü oduncağının 



 

51

vəziyyətinə  görə  təyin  edən  zaman  bəzən  tütünə  oxşar  düyünləri  digər  növ 



çürümüş  düyünlərdən  fərqləndirmək  çətin  olur.  Belə  halda  düyünə  biz  batırılır. 

Əgər  bizin  batma  dərinliyi  3  sm  az  olarsa  düyünü,  zədələnmə  sahəsindən  aslı 

olaraq çürümüş, yaxud çürük düyünə, 3 smə çox olduqda  isə tütünə oxşar düyünə 

aid edirlər. 

Açıq düyünləri ən kiçik diametrnə (d) görə ölçürlər (şəkil  1).  Bu halda düyün 

ətrafı fır, düyün ölçüsünə əlavə edilmir. 

Örtülmüş  düyünlər  iynə  və  enliyarpaqlı  meşə  materiallarında  müxtəlif 

üsullarla  qiymətləndirilir.  İynəyarpaqlı  meşə  materialında  örtülmüş  düyün 

sortimentin  səthi  üzərinə  çıxan  və  düyünü  örtən  şişin  hündürlüyü    (a)  ilə 

ölçülür.(şəkil).  Enliyarpaqlı  girdə  meşə  materiallarında  örtülmüş  düyünün 

diametrini  yara  yerinin  (şəkil  3)  ölçüsünə  əsasən  təyin  edirlər.  Yara  yeri  budaqlar 

quruduqdan və düşdükdən sonra örtülmüş düyünün yürində düzgün ellipis formalı 

ləkədir. 

Ağacın  cinsindən,  onun  böyümə  şəraitindən  və  gövdənin  hissəsindən  aslı 

olaraq  düyünlərin  ölçüləri  və  yerləşməsi  dəyişir.  Kölgəyə  davamlı  ağacların, 

küknarın  gövdəsində  şam  ağacındakına  nisbətən  çox  düyün  olur.  Eyni  düyünlərin 

ölçüləri və onların oduncağının vəziyyəti gövdənin radiusu üzrə dəyişir. Qabıqdan 

özəyə  doğru  düyünlərin  ölçüləri  kiçilir,  bitişməmiş  düyünlər  bitişmiş  düyünlərə 

keçir, çürümüş və çürük düyünlərin sayı azalır. 

Əksər  hallarda  düyünlər  oduncağın  xassələrinə  mənfi  təsir  göstəriri.  Onlar 

oduncağın  xarici  görünüşünü  pisləşdirir,  onun  eyni  cinsliliyini  pozur,  liflərin  və 

illik qatların əyriliyinə səbəb olur. Bütün bunlar oduncağın bir çox mexaniki xassə 

göstəricilərinin aşağı düşməsi ilə nəticələnir. Düyünlərin bərkliyi (xüsusən tünd və 

sağlam  düyünlər),  onu  əhatə  edən  oduncağın  bərkliyindən  çox  olduğundan 

oduncağın  kəsici  alətlərlə  emalını  çətinləşdirir.  Girdə  meşə  materiallarında  tütünə 

oxşar  düyünlər  gizli  nüvə  çürüntüsü  ilə  müşahidə  olunur.  Düyünün  mexaniki 

xassələrə 

təsit 


dərəcəsi, 

onun 


nisbi 

ölçülərindən, 

məmulatın, 

yaxud 


konstruksiyanın  yüklənmiş  hissələrinin  gərginlik  vəziyyətindən  aslıdır.  Sağlam, 

dairəvi, tam bitişmiş düyünlər daha az, tikiş və qrup düyünləri isə daha cox mənfi 




 

52

təsir  göstərir.  Oduncağın  liflər  boyu  dartılmaya  möhkəmliyi  daha  çox,  liflər  boyu 



sıxılmaya  möhkəmliyi  isə daha az azalır. Əyilmədə düyünün təsir dərəcəsi detalın 

uzunluğu  və  hündürlüyü  üzrə  onun  tutduğu  vəziyyətdən  əhəmiyyətli  dərəcədə 

aslıdır. 

Oduncaq düyünlərinin olması, xüsusən düyünün oxu qüvvənin təsir istiqaməti 

ilə  üst-üstə  düşən  halda,  onun  liflərin  eninə  radial  istiqamətdə  möhkəmıliyini 

artırır.  Düyünlər  qopma  müstəvisinə  perpendikulyar  yerləşdikdə  də  oduncasğın 

tangental  istiqamətdə  liflər  boyu  qopmaya  möhkəmliyini  artırır.  Düyünlərin  

ölçüləri artdıqca oduncağın liflərin eninə radial və tangental istiqamətdə dartılmaya 

vı sıxılmaya elastiklik modulunun qiyməti çox artır. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin