İLLАH (Nахçıvan) - qədər. -Nə illаh еlədim gəlmədi. İLLAHIMDA (əksər şivələrdə) – xüsusən də, əsas da.
–Bizim yerr
ərin təbiyəti gözəldi, illahımda da mayda-zadda
illap göz
əl olur.
İMSİLƏMƏX' (Ordubad) – qoxulamaq. –İmsiliyə-
imsiliy
ə elə tapır da heyvan balasını.
İNАХ (əksər şivələrdə) – uşaqlarda xəstəlik. -Uşах inах
оlаndа bаşındаn yüngülcə çərtillər.
İNARƏ (Ərəfsə) – taqət. –Ta Aşıx Hüseyinin inarəsi
qalmamışdı ki, bına ca:p verə. İNCƏVARA (Babək, Naxçıvan, Şahbuz) – yaxşı ki
(modal söz). –
İncəvara bajar tüşəndə özdəri əvdə olmuyuplar.
C
əbrayıl, Çəmbərək, Karvansaray, Meğri şivələrində də
bu vahid işlənir (1, s.258).
İNƏYƏMCƏYİ (əksər şivələrdə) - dənələri iri və
uzunsov üzüm növü. –
İnəyəmcəyi avqusda yetişir.
İNNƏN BELƏ (Aza) – bundan sonra. –İnnən belə ta
heş kim gəlmiyəcax.
İNNİ-CİNNİ (Bulqan, Naxçıvan, Şıxmahmud) – heç
140
kim. –Bi d
ə çıxdım ki, mənnən başqa bir inni-cinni qalmıyıp.