Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


KÜLƏCƏ (Culfa, Ordubad) – büzməli qadın paltarı.  KÜLƏ  ÇƏRŞƏNBƏ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə126/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   122   123   124   125   126   127   128   129   ...   245
naxcivan

KÜLƏCƏ (Culfa, Ordubad) – büzməli qadın paltarı. 
KÜLƏ  ÇƏRŞƏNBƏ  (Şərur)  -  boz  ayın  ikinci 
ç
ərşənbəsi. –Külə  yanı ki, bı hələm  yarımçıxdı da, tam dəyil, 
ikisi d
ə var axı dalda. 
KÜLƏ-KÜLƏ  (Ordubad,  Şahbuz)  –  kiçik çillədən 
sonra  insanların  ev-eşikdə, həyət bacada səliqə  sahman 
yaratması. –Külə-külədə əv-eşiyi dibdən-daşdan yığışdırırıx. 
KÜLLƏNMƏX' (əksər şivələrdə) – veyillənmək, vaxt 
keçirm
ək. –Dedim, ay bala, bı boyda bırda külləndiyivi get bir 
işin də ücünnan sən tut da. 
KÜLÜS 
(Şahbuz) – gilənar növü. 
KÜM 
(Şahbuz) – barama. 
159 
 


KÜMDAR 
(Şahbuz) – barama saxlayan adam. –Bizim 
d
ədəmiz-babamız hamısı kümdar oluplar. 
KÜMXANA 
(Şahbuz) – barama saxlanan yer. 
KÜNDƏGİR (əksər şivələrdə) – çörək yapanda xəmiri 
künd
ələyən qadın. –Kündəgir kündəni tutur, biz də açırıx. 
KÜNƏ (Bənəniyar) – yumuranın yastı tərəfi. –Yumurta 
döyüşəndə künəynən vırsan uduzarsan, tez qırılar unda. 
KÜPÜ  SÜZMƏX'  (Naxçıvan)  –  şübhələnmək, duyuq 
düşmək. –Oğla:n küpü süzdü ki, diyəsən Həmzə bınnarı alladır. 
KÜR 
(Оrdubаd)  -  nаdinc,  şuluqçu,  şıltаq.  -Çох  kür 
uşахdı. 
KÜRDƏŞ (Sədərək) - sаrı rəngli üzüm növü. -Kürdəş 
üzümnən хоşum gəlir. 
KÜRDKÜLƏŞ  (Ələhi,  Nürgüt)  -  sürtgəc.  -Kürdküləşi 
аtаmа vеr. 
KÜRƏX' (Keçili) - unu kisələrə yığmaq üçün işlədilən 
taxta al
ət. –Kürəx' dəyirmanda ən çox işdənir. 
KÜRƏ  QOYUN  (Culfa,  Şahbuz,  Şərur)  –  qısa  və 
balaca qulaqlı qoyun. 
KÜRNƏŞ  (Şahbuz)  –  istidə  bir yerə  yığışıb  bir-birinə 
sığınaraq kölgələnən qoyun sürüsü.  
KÜRSƏYƏ GƏLMƏ (Culfa) – itlərin cütləşmə dövrü. 

İtə deyillər, kürsəyə gəlib. 
KÜRSÜ  (
əksər  şivələrdə)  –  qışda  təndirin üstündə 
qızınmaq üçün qurulmuş taxt. –O vaxdı kürsü qururdux qəşəx', 
160 
 


doluşurdux altına. 
KÜRSÜ PALAZI 
(Şahbuz) – kürsünün üstünə salmaq 
üçün toxunan palaz. –
Kürsü palazın toxuyurux kin, qışda atax 
kürsü:n üsdün
ə. 
KÜSPƏLƏŞMƏX' (Payız) – topa halında bərkimək. –
Yağı əridim, tortası bilmirəm niyə, qəşəx' çıxmadı, küspələşdi. 
KÜŞDƏRƏ  (Xok)  –  taxtanın  künclərini düzəltmək 
üçün istifad
ə  olunan alət.  –Taxdadan  olan  şeylərin  küşdərini 
düz
əldillər, ona görə də küşdərə deyillər. 
KÜŞDÜYƏ  ÇIXMAX  (Naxçıvan)  –  savaşmaq.  –
Uşaxlar küşdüyə çıxıp, səsdən qulax tutulur. 
KÜŞKÜRTMƏX'  (Sirab)  -  iti  bir  bаşqаsının  üstünə 
hürdürmək. -İti mənim üstümə küşkürdür ki, qаpsın. 
KÜT 
I  (Şahbuz)  -  ələnməmiş  arpa  unundan  it  üçün 
bişirilən çörək. –Kütü pişirərix' ki, it bir şey tapbıyanda yesin.     
KÜT  II (
əksər  şivələrdə)  –  təndirin  divarından  dibinə 
düşüb  külə  bulaşmış  çörək.  –Çörəyin nə  qədəri  küt  getdi  bı 
d
əhə. 
KÜT  III (
əksər  şivələrdə)  –  piş  kəsən, iti olmayan. –
Pıçaxların hammısı kütdü. 
KÜVƏR//KÜƏR (Culfa, Şərur) – ikiillik dişi keçi. –İki 
yaşında geçidi küvər. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin