KÜMDAR
(Şahbuz) – barama saxlayan adam. –Bizim
d
ədəmiz-babamız hamısı kümdar oluplar.
KÜMXANA
(Şahbuz) – barama saxlanan yer.
KÜNDƏGİR (əksər şivələrdə) – çörək yapanda xəmiri
künd
ələyən qadın. –Kündəgir kündəni tutur, biz də açırıx.
KÜNƏ (Bənəniyar) – yumuranın yastı tərəfi. –Yumurta
döyüşəndə künəynən vırsan uduzarsan, tez qırılar unda.
KÜPÜ SÜZMƏX' (Naxçıvan) – şübhələnmək, duyuq
düşmək. –Oğla:n
küpü süzdü ki, diyəsən Həmzə bınnarı alladır.
KÜR
(Оrdubаd) - nаdinc, şuluqçu, şıltаq. -Çох kür
uşахdı.
KÜRDƏŞ (Sədərək) - sаrı rəngli üzüm növü. -Kürdəş
üzümnən хоşum gəlir.
KÜRDKÜLƏŞ (Ələhi, Nürgüt) - sürtgəc. -Kürdküləşi
аtаmа vеr.
KÜRƏX' (Keçili) - unu kisələrə yığmaq üçün işlədilən
taxta al
ət. –Kürəx' dəyirmanda ən çox işdənir.
KÜRƏ QOYUN (Culfa, Şahbuz, Şərur) – qısa və
balaca qulaqlı qoyun.
KÜRNƏŞ (Şahbuz) – istidə bir yerə yığışıb bir-birinə
sığınaraq kölgələnən qoyun sürüsü.
KÜRSƏYƏ GƏLMƏ (Culfa) – itlərin cütləşmə dövrü.
–
İtə deyillər, kürsəyə gəlib.
KÜRSÜ (
əksər şivələrdə) – qışda təndirin
üstündə
qızınmaq üçün qurulmuş taxt. –O vaxdı kürsü qururdux qəşəx',
160
doluşurdux altına.
KÜRSÜ PALAZI
(Şahbuz) – kürsünün
üstünə salmaq
üçün toxunan palaz. –
Kürsü palazın toxuyurux kin, qışda atax
kürsü:n üsdün
ə.
KÜSPƏLƏŞMƏX' (Payız) – topa halında bərkimək. –
Yağı əridim, tortası bilmirəm niyə, qəşəx' çıxmadı, küspələşdi.
KÜŞDƏRƏ (Xok) – taxtanın künclərini düzəltmək
üçün
istifad
ə olunan alət. –Taxdadan olan şeylərin küşdərini
düz
əldillər, ona görə də küşdərə deyillər.
KÜŞDÜYƏ ÇIXMAX (Naxçıvan) – savaşmaq. –
Uşaxlar küşdüyə çıxıp, səsdən qulax tutulur.
KÜŞKÜRTMƏX' (Sirab) - iti bir bаşqаsının üstünə
hürdürmək. -İti mənim üstümə küşkürdür ki, qаpsın.
KÜT
I (Şahbuz) - ələnməmiş arpa unundan it üçün
bişirilən çörək. –Kütü pişirərix' ki, it bir şey tapbıyanda yesin.
KÜT II (
əksər şivələrdə) – təndirin divarından dibinə
düşüb külə bulaşmış çörək. –Çörəyin nə qədəri küt getdi bı
d
əhə.
KÜT III (
əksər şivələrdə) – piş kəsən, iti olmayan. –
Pıçaxların hammısı kütdü.
KÜVƏR//KÜƏR (Culfa, Şərur) – ikiillik dişi keçi. –İki
yaşında geçidi küvər.
Dostları ilə paylaş: