Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə131/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   127   128   129   130   131   132   133   134   ...   245
naxcivan

QAROUL  GÖSDƏRMƏX'  (Şahbuz)  –  orda-burda 
t
ək-tək ilk cücərtilərin  çıxması.  –Elə  kin,  əx'diyin qaroul 
gösd
ərdi, ta onu gərəx' gözdən qoymuyasan. 
QARPAĞAN  (Ağbulaq)  –  sahibindən  başqa  heç  kimi 
yaxına  buraxmayan  at.  –Keçəl Həsən  baxdı  kin,  bının 
üz
əngisini tutammıyacax, qarpagan atdı. 
QARRAMAX  (Bab
ək,  Naxçıvan)  -  əl, ayaqlar suda 
çox qaldıqda dərinin ağarması. –Sə:rdən suynan iş görməx'dən 
əllərim qarrıyıp. 
QARSALAMAX  (Ordubad)  - 
borclu  çıxarmax.  –Elə 
qarsaladı, qaldım məhətdəl,  özümnən şüpüyə tüşdüm. 
QARSI 
(Naxçıvan)  –  üstü örtülü cərgə  ilə  düzülmüş 
dükanlar. –
Əvvəllər bırda qarsı varıydı, sora söx'dülər. 
QARSMAX  I (
əksər  şivələrdə)  –  parçanı  içəriyə 
qatlayıb  tikmək,  qısaltmaq.  –Paltarın  ətəyi dəyirdi yerə  birəz 
qarsmışam. 
168 
 


QARSMAX  II (
əksər şivələrdə) – üzü yanmaq (xəmir 
m
əhsulları  haqqında).  –Dünənki  tabağa  pişirdiyim  çöçələrin 
üzü 
qarsdı, təzdənnən xəmir elədim. 
QART  I  (Culfa, K
əngərli,  Şahbuz,  Şərur)  –  qoca 
(heyv
an haqqında). –Qart heyva:n əti gej pişər. 
QАRT  II (Nüsnüs) –  lоvğа.  -Оnun  оğlu  yаmаn  qаrt 
аdаmdı. 
Bu söz eyni m
ənada Göyçay, Qazax, Qax, Salyan 
şivələrində də işlənir. Bununla yanaşı şivələrimizdə bu vahidin 
b
ərk, sərt, bülöv, çoxbilmiş mənaları da vardır (1, s.313). 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin