Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


SЕLİM (Şərur) – çоk dik dаğ.  SELLƏMƏ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə191/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   187   188   189   190   191   192   193   194   ...   245
naxcivan

SЕLİM (Şərur) – çоk dik dаğ. 
SELLƏMƏ  (Dəstə)  -  əkin yerinin çox su ilə 
232 
 


suvarılması. –Hər yeri eliyip selləmə. 
SESƏ//SESON  (Dırnıs)  –  mişar.  –Sesəynən taxda 
doğrillər. 
SEŞMƏ I (Şərur) – qırma. 
SEŞMƏ  II  (Naxçıvan)  –  dağınıq,  hər  şeyin  ortada 
olması. –Bı nədi bıraların günü, seşmədi. 
SEVİD  (Nehrəm)  –  söyüd.  –Bizim yol pütün sevid 
ağacıdı. 
SEYFİ (Külüs) – qoz növü.  
SEYİN//SEHİN  (əksər  şivələrdə)  –  tas, dərin qab. –
Seyin d
ərin qabdı, içində qartop, soğan soy, nə isdəsən yığ. 
SƏCƏLƏ  (Ordubad)  –  cavan  adamın  qəbri üzərinə 
sancılan söyüd ağacı.    
SƏDDƏ  (Ordubad)  –  böyük çillənin sonunda xalq 
arasında  qeyd  olunan  bayram.  –Səddəni  əzəldən böyüx'  çillə 
çıxanda qeyd eliyərdıx. 
SƏDƏMƏ (Naxçıvan) – zərər. –İşin olmasın, sədəməsi 
s
ənə dəyər axırı. 
SƏKMƏX' (Türkeş) – naxışın ilk ilmələrini vurmaq. –
Anam g
əzməsini səkir sora biz də araları doldururux. 
SƏKİ I (Şahbuz) – tövlədə yatmaq üçün yerdən bir az 
hündür sah
ə. –Səkidə qışda nökər-nayıp yatarmış əvvəllər. 
SƏKİ  II  (əksər  şivələrdə)  –  guya ki. –Səki  gəlip  ma: 
köməx'  eliyəciydi.  –Gəldilər  şəklimi  çəkdilər,  səki  kinоyа 
vеrəcəх'lər. 
233 
 


SƏKİL  (Şahbuz)  –  ayaqlarında  ağ  tükü  olan  at.  –Bir 
s
əkil atdı, qaçanda qışdarın görməx' olmur. 
SƏKÜ (Şərur) – evin qabağında ayaqqabı çıxarılan yer. 

Başmağıvı səküdə çıxart gəl. 
SƏQƏRXANA (Ordubad) – üstü örtülü çeşmə. –Uşəği 
gönd
ər qəşsın səqərxanadan su gətsin. 
SƏQQƏ  (Naxçıvan)  –  uşaqların  oyunda  istifadə 
etdikl
əri  yastı,  balaca  daş.  –Səqqəni  atıllar,  sora  birqışdı 
oynuyullar. 
SƏQQƏT  I (Saltaq, Teyvaz) –  uçurum.  –Dədəmgilin 
k
əndinə gedən yol səqqətdi. 
SƏQQƏT  II (Çərçiboğan,  Naxçıvan)  –  şikəst,  əlil.  –
F
ərzalı:n  oğlu  o  vaxdı  Sədərəx'də  döyüşürdü,  elə  odu-bıdı 
s
əqqət qaldı yazıx bala. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin