ZİLƏF (Şahbuz)//ZELAF (Babək, Naxçıvan) – sözə
baxmayan, sırtıq. –Zelaf admnan zəx'ləm gedər, xatalı kimin
h
əməşə qabağıma çıxar.
ZİNƏ (Babək, Naxçıvan) – suyun lap az-az gəlməsi. –
Zin
əynən iş görməx' olmur ki.
292
ZİNG (Babək, Şərur) – insan və heyvanda bazı və
baldır sümüyü, bu sümükdən hazırlanan yemək. –Qəşəx' zing
qoymuşam, obaşdannan yiyəx'.
ZİNGİRTƏ (Nахçıvan) – azca, bir pаrçа ət, üzüm və s.
–
Ürəyim üzüm isdiyir, bir zingirtə qır gəti mənə.
ZİR (əksər şivələrdə) – nəlbəki. –Bizdə nəlbəlki
dem
ərix', hammı zir deyir.
ZİRƏTОV (əksər şivələrdə) – çəkilmiş düyü və şəkərlə
hazırlanan şirin yemək. Bu yemək daha çox zahı qadınlar üçün
hazırlanır. –Böyün də zirətоv pişir, bir dişimizi dəyişəx'.
ZİVİŞƏ-ZİVİŞƏ (Naxçıvan, Tumbul) – sürüşə-sürüşə.
–H
ər yer buzdu, bir tisbirçiliynən zivişə-zivişə gəlmişəm.
ZODDU
(Şada) – kiməsə arxalanaraq başqalarını
saymayan, özbaşınalıq edən adam. –Zoddu adamın axırı heş
yaxcı olmaz. –Çох zоddu-zоddu dаnışır, diyəsən dаlı bərtti.
ZOĞALLAMAX (Culfa, Şahbuz) – açıq danışmaq,
sözü birbaşa demək.
ZОĞАL ОХUMАХ (Nахçıvan) – lazımsız, bоş sözlər
danışmaq. –Mənə zоğаl охumа, sözü:n cаnın dе.
ZOQQULDAMAX
(Babək, Naxçıvan, Şahbuz) – bərk
ağrımaq. –Barmağımın yarası irinniyip, zoqqulduyur.
ZOQQUM (
əksər şivələrdə) – zəhər. –Zoqqum
z
əhrimara diyəllər bizdərdə.
ZOPA//ZOLA
(Danyeri, Kırna) – ağacdan meyvə
salmaq üçün çubuq. –
Əlimiz yetmiyən yerrdəki meyvəni də
zopaynan salırıx.
293
|