Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   21   22   23   24   25   26   27   28   ...   245
naxcivan

BEKAR-
BEHDİN  (Naxçıvan)  –  heç bir iş  görməyən, 
boş-boş gəzən. –Yasin elə ömrü boyu bekar-behdin gəzib da. 
BEKDANƏ  (Nüsnüs)  –  heyva toxumu. –Boğazım 
yaman ağrıyır, bekdanə suyu içəcağam. 
BELÇƏ (əksər şivələrdə) – təndirdən kül çıxaran alət. –
Belç
əynən təndirin külün təmmizdiyərix'. 
BEMƏNSİL  (Naxçıvan)  –  işə  yaramayan.  –Həylə-
h
əylə uşağı bemənsil eliyip qoyup ora. 
BEŞÜYÜR (əksər şivələrdə) – avara, fərasətsiz. –Ağıllı 
38 
 


oğul neynir dədə malın, beşüyür oğul neynir dədə malın. 
BEYBUT 
(Şahbuz)  –  qılınc.  –Taleh  bını  görüp 
beybutunu qoydu böyürün
ə, gözdədi görsün nə deyir. 
BEYMƏZDƏMƏX'  (Ağbulaq)  –  danlamaq, öyüd-
n
əsihət vermək.  –Gəlsin  bir  yaxşıca  beyməzdiyəciyəm özünə 
g
ələcəx'.  
BEYŞÖLƏT  (Ordubad)  –  çirkin,  yaraşıqsız.  –
Beyşölətin biridi onu kim alacax. 
BEYTAŞ  (Sirab)  –  sahibsiz.  –O qədəm  beytaş  yerrər 
varıydı ki, indi hökmət paylıyıp cəməhət əkir.  
BEYTİN  YER  (Biçənək)  -  əkilməyən, istifadə 
olunmayan yer. –Neç
ə ildi əl dəymir bıralara beytin yerdi. 
BEYVAX (Bab
ək, Kəngərli, Naxçıvan, Şahbuz) – gec. 

Beyvaxdı ta durun gedəx' geciyə qalmıyax.  
BƏDOY//BƏDƏV  (Şahbuz)  –  yaxşı  bəslənmiş 
qaçağan, yaxşı yerişli və güclü erkək at. –Bir bədoy at lazımdı 
oralara qalxmaxdan yana. 
BƏDSUYUM  (Culfa,  Naxçıvan,  Şahbuz,  Şərur)  –  pis 
gözl
ə baxan. –Bı Səmaya elə bədsuyumdu kin, suyumun salladı 
ta q
utardı. 
BƏGGAH  (Ordubad)  –  paltarın  bağ  keçirilən yeri. –
B
əggah şalvarda, yupqada kəməri keçirtdiyimiz yerdi. 
BƏĞDATI (Çənnəb, Gilançay, Ordubad, Unus) – ağac 
v
ə ya qamışdan tikilən ev. -Orda indi bəğdatı əvlər düzəldiplər 
g
ələn qonəxlər qalır. 
39 
 


BƏHRƏ  (Culfa,  Şahbuz)  –  keçmişdə  məhsulun onda 
biri h
əcmində alınan vergi. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin