HƏFDÜM ELƏMƏX'//HƏFDIMƏ SALMAX (Ba-
b
ək, Kəngərli, Naxçıvan, Sədərək) – alıb verməmək, bir şeyi
pulsuz
əldə etmək. –İlim on iki ay onnar unu salallar həfdımə.
HƏKİMХАNА (Düdəngə) - хəstəхаnа. -İrаyоnа
gеdəndə həkimхаnаyа gеtməliyəm.
HƏLBƏT (Babək, Şahbuz, Şərur) – yəqin ki. –Həlbət
d
ədən bir şey bilir ki, heylə deyir.
HƏL-HƏLBƏT (əksər şivələrdə) – mütləq. –O:n da
h
əl-həlbət bir gün işi düşəcəx' bizə.
HƏLLƏHÜŞ//HƏLƏHÜŞ (Axaməd, Maxta) –
fırıldаqçı. -Həlləhüş аdаmın nə hörməti оlаcах ki.
Goranboy, Gədəbəy, Qazax şivələrində də bu vahidə
eyni mənada rast gəlirik (3, s.200).
HƏLLƏM-QƏLLƏM (Naxçıvan) – fırıldaq, yalan. –
Bı Qasım əmi dinc adam dəyir, min dənə həlləm-qəlləm işi var.
HƏLMƏHƏL//HƏLBƏHƏL (Naxçıvan, Ordubad,
Şahbuz) – çox bişmiş. –Maşı gərəx' həlbəhəl pişirəsən ki,
luğaplana.
HƏLSƏ (Bulqan, Naxçıvan, Tumbul) - ət ilə yarmanın
121
bir yerd
ə həddindən artıq bişirilməsi ilə hazırlanan yemək. –
H
əlsəni əmməm tez-tez pişirir.