MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə54/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
frazeoloji

Yoxdur böyük, kiçik inam 
B
əzən böyük bir dəryada 
Boğulana bir çöp-inam (91, II, 133). 
 
«
Danışıq  dilində  söz  ünsiyyətin  avtomatlaşmasına  daha 
meylli 
olduğu halda, poeziya dilində bu əksinədir: o, aktuallaşma 
intensivliyini 
artırmaqla  poetik  funksiyanı  yerinə  yetirməyə 
yön
əldilir» (32, 11-12).  Söz  sənətkarlarının  frazeoloji 
birl
əşmələrin semantikasına müdaxiləsi, şübhəsiz ki, obrazlılığa 
yeni  çalarlar 
əlavə edir. Aktuallaşdırma bədiiliyin dinamikasına 
güclü t
əkan verir, ibarənin mayasında mövcud olan obrazlılıqdan 
xüsusi enerji m
ənimsəyən şair təfəkkürü uğurlu keçidlər – üslubi 
əməliyyatlar  həyata  keçirir.  Fərdi  üslubunun  orijinal  cizgilərini 
z
ənginləşdirir, bədii boyaların tündləşdirilməsi poetik məna dai-
r
əsinin  genişlənməsi  ilə  başa  çatır.  Belə  bir  hal  nəticə  etibarilə 
şairi şeir üçün çox böyük qüsur sayılan üslub məhdudluqdan da 
xilas edir. 
Novatorcasına  işlədilən  sabit  birləşmələr  xalqın  frazeoloji 
birl
əşmələrindən  su  içən  ifadələrdir  və  bunun  nəticəsidir  ki, 
onların ahəngində xalq dilinin nəbzi vurur. Onun hər bir uğurlu 
nümun
əsi şairin poetik kəşfidir. 
 
Dünya d
ərk edədi bir həqiqəti 
H
əqiqət tapdanar, ancaq üzülməz. 
Xalqların birləşən fikri, niyyət, 
Zorla susdurular, m
əhv ola bilməz (103, II, 34). 
 
Meşənin tən ortasında 
 
Əli yalın qaldım 
         
Əli yalın, beli yalın, ürəyi yalın (75, 141). 
 


          
 
 
129 
Dünya o gün 
qaraya 
batmışdı. 
Ulağı açılmış araba kölgəsində 
Kitabı bağlanmış 
bir 
oğlan yatmışdı (90, 249). 
 
Dili topuqçalan oldu, 
Şeri topuqçalan oldu. 
Öz 
şairlik aleyinə 
Ordu yumruq çalan oldu (91, I, 228). 
 
Şeirdə  ənənələr  üzərində  novatorluğa,  yeni  yaradıcılıq 
axtarışı yollarına güclü meyl olduqca təbii haldır, poetik reallığı 
əks etdirmə manerasında, oxucu qəlbinə xoş və ilıq hisslər axını 
daxiletm
ə niyyətində və şeirdə dil-üslub müasirliyinin intensiv-
l
əşməsində dəyərli bədii vasitədir. Frazeoloji materiala belə ya-
naşma tərzi bədii dilin təbiiliyindən törəyir ki, bunun bilavasitə 
n
əticəsi  olaraq  misralar  ürəyəyatan  ahəng  alır,  yeniləşmiş 
ibar
ələrdə  indiyəcən  istifadə  olunmamış  məna  çalarları 
aşkarlanır. 
Frazeoloji 
novatorluğun  məhsulu  olan  ifadələr  poetik  dil 
qaynaqlarının qüdrət və qüvvəsinin nümayişidir, şairanə duyum 
v
ə  bədi  deyim  tərzindəki  özünəməxsusluqdur.  Bu  üslubi 
əməliyyatın 
n
əticəsidir 
ki, 
poetik 
nitq 
şəraitində 
frazeologizml
ərdəki  sözlər  məna  əhatəsini  genişləndirir,  şeirin 
üslubi sima
sına uğurlu poetik tapıntı təəssüratı qətiləşir. 
Aşağıdakı  nümunələr  göstərir  ki,  bəzən  bütöv  bir  şeirin 
m
ətni  müəyyən  frazeoloji  novatorluğun  mənasına,  semantik 
qüdr
ətinə  söykənir.  Xalqın  və  şairin  müdrikliyindən  qidalanan 
frazeoloji novatorluq möht
əşəm bir şeir mətnini meydana çıxarır. 
 
İlan qabıq qoyan kimi 
D
ərindən çıxsan da, 
D
ərdindən çıxa bilməyəcəksən (82, 163). 


          
 
 
130 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin