Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


İstehlak bazarına daxil olan qablaşdırmada istifadə olunan polimer



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
S-f-rov-H-mid

3.2. İstehlak bazarına daxil olan qablaşdırmada istifadə olunan polimer 

materiallarının ekspertizası 

 

Müasir  dövrdə  həm  ölkəmizdə,  həm  də  xaricdə  yeyinti,  əczaçılıq,  kimya  və 



digər  sənaye  sahələrində  intensiv  olaraq  yeni,  orjinal  qablaşdırma  vasitələri  və 

üsulları müşahidə olunur ki, bunlar da müxtəlif plastik kütlə materiallarının tətbiqinə 

əsaslanır.  Belə  ki,  əvvəlcədən  müəyyən  olunmuş  xassələrə  malik  plastik  kütələrin 

alınması mümkündür. Istənilən məqsəd üçün spesifik keyfiyyətə malik,vacib xassəli 

plastik  kütlə  əldə  etmək  mümkündür.  Yüksək  dekorativ  keyfiyyət,  aşağı  sıxlıq, 

kimyəvi  davamlılıq,  şəffaflıq,  su,buxar,  qaz  keçirmə  və  s.  kimi  qiymətli  xassələrə 

malik olması plastik kütlələrin qablaşdırıcı material kimi tətbiqini genişləndirir.  

Ənənəvi  materiallarla  müqayisədə  plastik  kütlədən  olan  qablaşdırıcılar  bir-sıra 

üstünlüklərə  malikdirlər  –  onlar  yumşaq,  yarımyumşaq  və  qaba  ola  bilirlər;  qısa 

müddətli  və  uzun  müddətli  istifadə  oluna  bilirlər;dövri  olaraq  və  birdəfəlik  istifadə 

oluna bilirlər.  

Müxtəlif xassəli  plastik kütlələrin tətbiqi etibarlı,  praktiki qablaşdırmanı  yarat-

mağa  imkan  verir.  Belə  qablaşdırma  yüksək  estetik  üstünlüyə  malik  olur,  qablaş-

dırılan  malın  keyfiyyətinin  qorunub  saxlanmasına  təminat  yaradır.  Plastik  kütlədən 

olan  qablaşdırmalar  əşyaların  və  ya  məhsulların  qurumasından  və  nəmlənməsindən 

qaçmağa  imkan  yaradır,  eyni  zamanda  onların  keyfiyyətinin  qorunmasına  və 

saxlanma müddətinin artmasına səbəb olur.  

Qablaşdırmada  həm  termoplastik,  həm  də  termoreaktiv  plastik  kütlələrdən 

istifadə  edilir.  termoplastik  xassəli  qablaşdırıcılar  yüksək  məhsuldar  üsullarla  əldə 

edilir  ki,  onların  əsasları  aşağıdakılardır:  təzyiq  altında  tökmə,  ekstruziya,  üfürmə, 

vakuum və pnevmoformalaşdırma, termoqaynaq. 

Termoreaktiv  xasəli  plastik  kütlədən  olan  qablaşdırıcı  materiallar  əsasən 

presləmə və təzyiq altında tökmə üsulları ilə hazırlanır. 

Qablaşdırıcı  materiallar  bütövlükdə  plastik  kütlədən  (polivinilxlorid,  poletilen, 

poliamidlər,  polefirlər  və  s.)  və  ya  onların  klassik  materiallarla  (kağız,  karton,  alü-



54 

 

minium  folqa  və  s.)  birləşməsindən  əldə  edilə  bilər.  Plastik  kütlələrin  digər  mate-



riallarla  kombinələşməsi  qablaşdırmaya  yeni,  xüsusi  qiymətli  xassələr  verir,  bunun 

nəticəsində  onlar  tamamilə  hermetik,  rütubətin,  qazların,  yağların  təsirinə  qarşı 

davamlı olurlar. Bu qiymətli keyfiyyət ənənəvi qablaşdırma üsullarından fərqli olaraq 

yeyinti  məhsullarını  onların  ilkin  vəziyyətində  uzun  müddət  qoruyub  saxlamağa 

imkan verir.  

Qablaşdırma  məqsədilə  plyonka  materialları  geniş  istifadə  olunur.  Həm  daxili, 

həm  də  xarici  qablaşdırma  məqsədilə  bu  materiallar  tətbiq  olunur  ki,  bunlar  da 

aşağıdakı  plastik  kütlələrdən  alınır:  polivinilxlorid  (bərk  və  yumşaq  halda),  poli-

vinildienxlorid, polistirol, polietilen, poliamid, üzvi şüşə (polimetilmetakrilat) sello-

fan (hidrat sellüloza) və s. Bu plyonkaların xassələri çox müxtəlifdir. Onlara müxtəlif 

rəng, reklam xarakterli poliqrafik tərtibatlar vermək mümkündür. Plyonkalar şəfaf və 

qeyri-şəffaf  ola  bilər.  Onlar  qaynaq  və  yapışdırma  üsulu  ilə  asanlıqla  formaya 

salınırlar.  

Bütün  bu  plyonka  materialları  əsasən  tamlı-qida  məhsullarının  formaya  salın-

ması  üçün  və  sənaye  mallarının  qablaşdırılması  üçün  istifadə  olunur.  Plyonkalar 

zərflər,  paketlər,  tubalar  və  s.  formada  istifadə  olunurlar.  Plyonka  materiallarının 

hazırlanması  müxtəlif  avtomatlarda  həyata  keçirilir.  Tətbiq  olunduğu  istehsal  sahə-

sindən asılı olaraq polimer plyonka materialları aşağıdakı kımı qruplaşdırıla bilər. 

Yeyinti sənayesində tətbiq olunan qablaşdırıcı plyonkalar: 

  Supermarketlərdə  çörək,  bulki  və  tərəvəzlərin  qablaşdırılması  üçün  olan 

paketlər. 

  Qida  məhsullarının  müəssisələrə  çatdırılması  zamanı  altlıqların  sarınması 

üçün istifadə olunan materiallar 

  Qutu-paketlər (məsələn içkilərin daşınmasında) 

  Qənnadı məmulatlarının qablaşdırılması üçün olan qablaşdırıcılar 

  Dərhal hazırlanmaq üçün olanqida məhsullarının qablaşdırıldığı paketlər 

  Karton yeşiklər üçün olan içliklər 

Qeyri-qida məhsulları üçün isifadə olunan qablaşdırıcı materiallar: 




55 

 

  Daşınma üçün olan kisələr 



  Sarğılar 

  Konvertlər 

  Hava-qabarcıqlı plyonkalar 

  Çərçivə paketləri, stellajlar 

Plyonkalar  qablaşdırılan  məhsullara  qoyulan  tələblərdən  asılı  olaraq  seçilir. 

Məsələn,  qablaşdırma  məhsulun  dadını  və  qoxusunu  qorumalıdırmı,  onu  bakte-

riyalardan  və  kiflənmənin  təsirindən  qorumalıdırmı,  istiyə  və  şaxtaya  davamlı 

olmalıdırmı,  qazı  və  su  buxarını  keçirməlidirmi,  kimyəvi  reagentlərin  təsirinə  qarşı 

davamlı olmalıdırmı və s.  

Plyonkaların  hazırlanmasında  polivinilxlorid  qətranlarından  geniş  istifadə 

olunur,  (vinilxloridin  əsasən  imulsiyalı  polimerləşmə  yolu  ilə  alınan  polimerləri  və 

sopolimerləri).  Bu  məqsədlə  tətbiq  olunan  polivinilxlorid  qətranlarının  xassələri  və 

tətbiq sahələri 3.1saylı cədvəldə verilir. 

Polivinilxloriddən olan plyonka materialları nəqliyyat qablaşdırması üçün daha 

çox yararlıdır, belə ki, onlar istinin və soyuğun təsirinə qarşı daha çox davamlıdırlar 

(-20°C-dən  +70°C-yə  qədər).  Bunun  üçün  onların  hazırlanmasında  uyğun 

plastifikatorlardan və stablizatorlardan istifadə olunur. Bu çox elastiki, asan qaynaq 

edilən material olub, kimyəvi maddələrə qarşı davamlıdır. Bunlar həm də mexaniki 

təsirlərə qarşı da yüksək davamlığa malikdirlər. 

Polivinilxloriddən  olan  bərk  (qaba)  plyonkalar  və  plitələr  qaynaq  yolu  ilə  elə 

yapışdırıla bilər ki, onlar hava və su keçirməyən olsunlar.  

Qablaşdırma  məqsədi  üçün  həm  də  polietilen  plyonkalrdan  istifadə  olunur  ki, 

bunlar  su  buxarını  keçirmirlər,  suya  davamlıdırlar  və  böyük  mexaniki  yüklərə  tab 

gətirə  bilirlər.  Onlar  şəffafdırlar,  yüksək  temperatura  davam  gətirə  bilirlər,  aşağı 

temperatur təsirindən dəyişmirlər və onları xüsusi üsulla yapışdırırlar. 

 



56 

 

 Cədvəl 3.1 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin