“maliYYƏ” fənnindən mühazirə mətnləri


İnkasso  sərəncamları  ilə  hesablaşmalar



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə110/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   157
Maliyyə muhazirələri yeni (1)

İnkasso  sərəncamları  ilə  hesablaşmalar.  İnkasso  sərəncamlar  ilə  hesablaşmalar 
aparılan  zaman  ödəyicinin,  yəni  borclunun  hesabına  xidmət  göstərən  bank  məcburi  icra 
orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəyicinin hesabından 
mübahisəsiz  qaydada,  yəni  ödəyicinin  sərəncamı  olmadan  həyata  keçirir.  Mövcud  təlimata 
əsasən  ödəyicinin  hesabından  vəsaitin  mübahisəsiz  silinməsi  aşağıdakı  icra  sənədləri 


123 
 
 
 
əsasında  həyata  keçirilir:  a)  məhkəmələrin  aktları  üzrə  verilən  icra  vərəqələri;  Azərbaycan 
Respublikası  məhkəmələrinin  qərarları;  -İddianın  təmin  edilməsi  ilə  bağlı  tədbirlərin 
görülməsi haqqında məhkəmələrin qərarları; -məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, 
qərardadlarının  və  qərarlarının  əmlakın  alınmasına  dair  hissəsi;  beynəlxalq  arbitrajların  və 
münsiflər  məhkəmələrinin  qərarları;  xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının 
qərarları;  b)  alimentlərin  ödənilməsi  barədə  mövcud  notariat  qaydasında  təsdiq  edilmiş 
sazişlər;  v)  notariat  orqanlarının  icra  qeydləri;  c)  inzibati  xətalara  dair  işlərə  baxmaq 
səlahiyyəti  olan  orqanların  (vəzifəli  şəxslərin)  qərarları;  ç)  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin