59
çıxarılmasından daha çox dövlətin iqtisadi və maliyyə vəziyyətinin əsaslı təhlilinə
yönəldilmiş nəzarət olmalıdır. Qeyd etmək lazımdır ki, nəzarət funksiyası olmadan iqtisadi
inkişafın səmərəli tənzimlənməsi qeyri-mümkündür.
Məhz nəzarət funksiyası sayəsində vergi mexanizminin səmərəliliyi qiymətləndirilir,
maliyyə resurslarının hərəkəti üzərində nəzarət təmin edilir, vergi sistemi və dövlət
büdcəsinə dəyişikliyin edilib-edilməməsi müəyyənləşdirilir.
Maliyyə-vergi münasibətlərinin nəzarət funksiyası yalnız onun bölüşdürücü funksiyası
vasitəsilə realizə olunur. Yəni maliyyə-vergi münasibətləri və vergi siyasətinin səmərəliliyini
yalnız hər iki funksiya üzvi surətdə əlaqəli olduğu halda müəyyən etmək mümkündür.
Vergilər müxtəlif əlamətlərinə görə aşağıdakı qruplar üzrə təsnifləşdirilir:
a)
vergitutma üsuluna görə (verginin tutulması xarakterinə görə)
– birbaşa
və dolayı (vasitəli);
b)
vergi ödəmələrinin köçürüldüyü büdcənin səviyyəsinə görə – dövlət, muxtar
respublika və bələdiyyə (yerli);
v)
istifadə edilməsi qaydasından asılı olaraq (məqsədli təyinatına görə
) – ümumi və
xüsusi;
q)
vergitutma subyektlərinə görə: fiziki və hüquqi şəxslərdən tutulan vergilər;
d)
vergitutma obyektinə görə.
Dostları ilə paylaş: