64
sinifləndirmə həyata keçirilməlidir. Planların bütün il ərzində öz sabitliyini saxlaya bilməsi
əsas amil sayılır.
Dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatı özü də bir neçə qruplar üzrə həyata
keçirilir. Bu qruplardan birincisi xərclənmə metodlarına görə qruplaşmadır. Xərclənməsi
metodlarına görə büdcə xərcləri adi xərclərə və fövqəladə xərclərə bölünür. Dövlətin normal
fəaliyyəti ilə əlaqədar və əvvəldən planlaşdırılması mümkün olan xərclər adi xərclərdir.
Amma onunla bərabər dövlət büdcə ili ərzində əvvəlcədən nəzərdə tutulmayan hadisələrlə
qarşılaşır. Məsələn, müharibələr, müharibədən sonrakı bərpa fəaliyyətləri, təbii fəlakətlər,
inflyasiya, bədbəxt hadisələr bu qəbildəndir. Bu hadisələrin qarşısının alınması üçün
hökümət fövqəladə xərclər həyata keçirməlidir. Bu xərclər adətən
büdcənin tərkibində ehtiyat
fondları hesabına ödənilir. Azərbaycanda belə ehtiyat fondu 5%-ə qədərdir.
Iqtisadi təsnifləşmədə xərclərin digər qruplaşması onların hansı məqsədə yönəldilməsi
ilə əlaqədardır. Bu əlamətə görə büdcə xərcləri cari xərclərə və investisiya xərclərinə
bölünür. Cari xərclər hökümətin sosial və müdafiə funksiyalarının həyata keçirilməsi ilə
əlaqədar olan məsrəflərdir. Bura sosialmədəni tədbirlər, müdafiə, idarəetmə və digər istehlak
xarakterli xərclər daxildir. Investisiya xərcləri isə bilavasitə kapital qoyuluşlarına yönəldilən
xərclərdir. Bu xərclər respublika büdcəsində ayrıca planlaşdırılır və hər il də hökümətin
təsdiq etdiyi titul siyahılarına görə həyata keçirilir.
Iqtisadi təsnifata görə büdcə xərcləri həmçinin beynəlxalq, milli və regional xərclərə
ayrılır. Beynəlxalq xarakterli xərclərə ölkənin beynəlxalq təşkilatlar qarşısında ödənişlərinin
ödənilməsi, beynəlxalq kreditləri və onların faizlərinin qaytarılması və s. xərclər daxildir.
Milli xərclər ölkənin bütövlükdə inkişafı ilə əlaqədar xərclərdir. Regional xərclər regional
maliyyənin əsasını təşkil edir və regional idarə xərclərindən, regional proqramların
maliyyələşdirilməsi xərclərindən və s. ibarətdir.
Nəhayət, iqtisadi təsnifləşmədə ən mühüm və beynəlxalq praktikada geniş yayılmış
qruplaşma büdcə xərclərinin real və transfer xərclərinə ayrılmasıdır.
Dostları ilə paylaş: