6.5. DÖVLƏT BÜDCƏSININ IQTISАDIYYАT SАHƏLƏRI ÜZRƏ VƏ SOSİAL
YÖNÜMLÜ XƏRCLƏRİ
Büdcə təsnifatına uyğun olaraq iqtisadiyyat yönümlü xərclər aşağıdakı istiqamətlərdən
ibarətdir:
1.Sənaye, tikinti və energetika xərcləri;
2.Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri;
3.Nəqliyyat, yol təsərrüfatı və rabitə xərcləri;
4.Mənzil-kommunal təsərrüfatı xərcləri.
Sənaye, tikinti və energetika xərcləri bütün ölkələrdə iqtisadiyyatın aparıcı sahəsi hesab
edilir. Təbii ki, istehsal olmadan istehsal vasitələri və xidmətin istehlakı mümkün deyil.
Respublikamızda son illər büdcə vəsaitlərinin xeyli hissəsi iqtisadiyyata və onun tərkib
hissəsi olan qeyri-neft sektoruna, o cümlədən dövlətin prioritet sahələrinə kapital
65
qoyuluşunun maliyyələşdirilməsinə yönəldilir.
Büdcə vəsaitləri əsasən aşağıda qeyd edilən tədbirlərə yönəldilir:
- dünya bazarında rəqabətə tab gətirən məhsul istehsal edə bilən sənaye