“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə64/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   157
Maliyyə muhazirələri yeni (1)

sahələrinin inkişafı;  
büdcə vəsaiti hesabına həyata keçirilən və dövlət təminatı verilən yüksək səmərəli 
investisiya layihələrinin həyata keçirilməsi;  
İnvestisiya  dedikdə  müəssisələrin  yaradılması,  genişləndirilməsi,  yenidən  qurulması 
xərcləri, daha doğrusu gələcəkdə nəticə etibarilə istehsalı və xidmətləri   artıra biləcək gəlir 
və ya başqa fayda verə biləcək xərclər başa düşülür. Hər bir dövlət investisiya qoyuluşunu 
artırmağa  və  bunun  da  nəticəsində  ümumi  milli  məhsulu  və  milli  gəliri  artırmağa  çalışır. 
Lakin  əsas  problem  kimi  həmişə  qarşıya  belə  bir  məsələ  çıxır  ki,  bu  da  investisiyaların 
maliyyələşdirilməsi  mənbələridir.  Investisiyalar  adətən  aşağıdakı  mənbələr  hesabına 
maliyyələşdirilir: dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin xüsusi vəsaitləri; bank 
kreditləri; xarici borclar.  
Bu  mənbələrdən  mühümü  dövlət  büdcəsinin  vəsaitləridir.  Dövlət  büdcəsinin  xərcləri 
daxilində faydalı xərc məhz investisiya xərcləridir. Investisiya xərcləri inkişaf etmiş ölkələrin 
dövlət büdcələrində çox mühüm yer tutur və inkişaf etmiş ölkələr bu xərclərin həcmini daim 
artırmağa çalışırlar.   
Investisiya  xərcləri  iqtisadiyyatda  kapital  artımını  təmin  edən  və  məhsul  bolluğu 
yaradan xərclərdir. Ona görə də, bu xərclər bir tərəfdən milli gəlir normasını yüksəldir, digər 
tərəfdən də iqtisadiyyatda məşğulluğun həcmini artırır.  
Investisiyaların milli gəlir normasının artırması, investisiyaların artım prinsipinin həyata 
keçirilməsi şəraitində baş verir.   
Investisiya  xərcləri  sadəcə  olaraq  iqtisadiyyatda  istehsal  normasını  artırmaqla  bitmir, 
eyni zamanda bu xərclər istehsal potensialını da artırır. Buna görə də investisiya xərclərinin 
səmərəsi sabit və davamlı xarakter daşıyır.  
yarımçıq qalmış obyektlərin layihə xərclərinin ödənilməsi;  
aqrar sahədə sabitliyin təmin edilməsi məqsədilə onun dəctəklənməsi;  
istehsal  və  sosial  məişət  infrastrukturunun  təkmilləşdirilməsi  üçün  maliyyə 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin