“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə65/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   157
Maliyyə muhazirələri yeni (1)

yardımları və s.  
AR-nın  dövlət  büdcəsinin  həcmindən  asılı  olaraq  son  illər  sənaye  və  tikintinin 
maliyyələşdirilməsinə  büdcə  xərclərinin  xüsusi  çəkisi  xeyli  artmışdır.  Belə  ki,  2018-ci  ilin 
dövlət büdcəsində bu sahəyə  4 mlrd 944,376 mln manat vəsait ayrılması nəzərdə tutulur. Bu 
da büdcə xərclərinin 23,6%-ni təşkil edir.  
Kənd təsərrüfatı maddi istehsalın mühüm sahələrindən biridir.  Onun əsas təyinatı kənd 
təsərrüfatı  bitkiləri  becərmək,  kənd  təsərrüfatı  heyvanları  yetişdirməkdən  ibarətdir.  Kənd 
təsərrüfatı istehsalının mövsümi xarakteri onun xarakterik xüsusiyyətlərin əks etdirir. 2018-ci 
ildə AR dövlət büdcəsindən bu sahənin inkişafına təqribən büdcənin 3 faizi həcmində vəsait 
yönəldilməsi nəzərdə tutulur.  
Bu məbləğ 656,260 mil. manat  təşkil edir.  


66 
 
 
 
Nəqliyyat,  yol təsərrüfatı  və rabitə   maddi  istehsalın  bir  sahəsi  olub  yük  və  insanların 
daşınması,  habelə  rabitə  xidmətinin  göstərilməsini  nəzərdə tutur.  Təyinatına  görə  nəqliyyat 
ümumi  istifadədə  olan  və  ümumi  istifadədə  olmayan  nəqliyyata  ayrılır.  Ümumi  istifadədə 
olan  nəqliyyat  iqtisadi  əlaqələrin  əsasını  təşkil  edir  və  iqtisadiyyatın  qan-damar  sistemidir. 
Bu sahənin inkişafı xeyli dərəcədə büdcə maliyyələşdirilməsindən asılıdır. 2018-ci ilin dövlət 
büdcəsinin xərclərində bu sahəyə 166,791 mln manat ayrılması nəzərdə tutulur. (0,7%)  
Mənzil-kommunal  təsərrüfatı  iqtisadiyyatın  mühüm  sahələrindən  biridir.  Mənzil 
təsərrüfatı  özünə  yaşayış  binalarını,  istehsal-təchizat  və  mənzil  fonduna  xidmət  edən 
nəqliyyat təsərrüfatlarını daxil edir.  
Kommunal  təsərrüfatı-şəhər,  qəsəbə  və  kənd  əhalisinə  xilmət  göstərən  müəssisələrin 
məcmuudur.   
Mənzil  –kommunal  təsərrüfatı  xidmətə  görə  əhalidən  haqq  şəklində  alınan  maliyyə 
məbləğindən əlavə, büdcədən də maliyyələşdirilir. 2018-ci ildə dövlət büdcəsindən 457,399 
mln.manat xərclənməsi nəzərdə tutulur. (2,1%)  
  Bаzаr  iqtisаdiyyаtınа  kеçidlə  əlаqədаr  оlаrаq,  dövlətimiz  sоsiаl  sfеrаnın  inkişаfınа 
dаhа çох diqqət yеtirir. Bildiyimiz kimi, dövlətin sоsiаl siyаsəti Аzərbаycаn Rеspublikаsının 
Kоnstitutsiyаsı  və  digər  qаnunvеricilik  аktlаrı  ilə  tənzimlənir  və  vətəndаşlаrın  sоsiаl 
müdаfiəsinin  rеаllаşdırılmаsının  mаliyyə  təminаtınа  yönəldilir.  Dövlət  büdcəsi    vаsitəsilə 
vəsаitlərin  bir  hissəsinin  yеnidən  bölüşdürülməsi  nəticəsində  sоsiаl  sfеrаnın,  еlmin  və 
mədəniyyətin inkişafınа dаhа çох vəsаit yönəldilir. Dövlət büdcəsi vasitəsilə ilə vəsaitlərin 
bir  hissəsinin  yenidən  bölüşdürülməsi  nəticəsində  sosial  sferanın,  elmin  və  mədəniyyətin 
dəstəklənməsinə  ÜDM-dən  ayrılan  vəsaitlərin  payı  istehsal  sferasına  nisbətən  daha  sürətlə 
artır. Bu nəinki Azərbaycanda, habelə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də belədir.  
Elmi-tədqiqat, təhsil, mədəniyyət və incəsənətin sürətli inkişafı sosialmədəni tələbatların 
ödənilməsinən  ehtiyacı  olan  müasir  cəmiyyətin  xarakterindən  irəli  gəlir.  Elmi-tədqiqat, 
təhsil,  mədəniyyət  və incəsənətin  inkişаfыnа  olan tələb  yalnız  bazar  yolu  ilə  ödənə  bilməz 
Bundan  sonrа  da  dövlət  büdcədən  vəsait  ayırmaq,  onun  tarazlığını  təmin  etmək  yolu  ilə 
sosial-mədəni  tədbirlərin  himayəsində  öz  rolunu  artırmalıdır.  Müasir  cəmiyyətdə  əhalinin 
həyat  təminatında  qeyri-istehsal  sahələri  böyük  rol  oynayır.  Təhsil,  səhiyyə,  mədəniyyət, 
incəsənt,  sosial  təminat  və  digər  sahələrin  də  daxil  olduğu  sosial  infrastruktur  ölkənin 
təsərrüfat kompleksində mühüm yer tutur.  
 Hər  bir  ölkədə  sosial  infrastrukturanın  inkişafı  maddi  istehsalı  inkişaf  səviyyəsindən, 
burada  yaradılan  milli  gəlirin  həcmindən,  onun  istehsal  və  qeyriistehsal  sahələri  arasında 
bölgüsündən  asılıdır.  İnfrastruktur  məhsuldar  qüvvələrə  hərtərəfli  təsir  edir.  İctimai  əmək 
bölgüsü  prosesinin  gücləndiyi  bir  şəraitdə  maddi  istehsal  sahələrinin  sosial  infrastruktuz 
fəaliyyəti,  demək  olar  ki,  mümkün  deyil.  Sosial  infrastruktura  müəssisə  və  təşkilatların 
təqdim  etdiyi  maddi  və  mənəvi  sərvətlər  əhalinin  şəxsi  tələbatını  ödəməklə  yanaşı,  işçi 
qüvvəsinin təkrar istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilləridir. İstehsalın  
və  ictimai  əmək  bölgüsünün  miqyasının  genişlənməsi,  ETT-nin  sürətlənməsi,    istehsal 
münasibətlərinin  inkişafı,  istehlakın  strukturunun  dəyişməsi  və  əhalinin  sosial  tələbatının 


67 
 
 
 
artımı ilə müşayiət olunan həyat tərzinin dəyişməsi nəticəsində infrastrukturun mahiyyəti də 
dəyişir. İnfrastruktur sahələrinə sərf edilən  canlı əmək ölkənin milli gəlirinin həcmini artırır.  
   Müasir  şəraitdə  sosal  yönümlü  хərclərin  mаliyyələşdirilməsi  aşağıdakı  mənbələr 
hеsаbınа  həyаtа  kеçirilir:  Büdcə  vəsaiti;  büdcədənkənar  fondların  vəsaiti,  müəssisələrin  və 
əhalinin vəsaiti.  
İctimayi  istehlak  fondları  büdcənin,  büdcədənkənar  fondların  və  müssisələrin  sosial 
infrastrukturuna  yönəldilən  vəsaitdir.  Onların  əsas  təyinatı  cəmiyyətin  sosial  inkişafı  və 
əhalinin  sosial  müdafiəsi  ilə  bağlıdır.  İctimai  istehlak  fondlarının  vəsaitləri  əhaliyə 
pensiyaların,  müavinətlərin  verilməsinə,  təhsilin,  səhiyyənin,  sosial  təminat  xidmətlərinin 
hayata keçrilməsinə xidmət edir.  
Yerli  sosial  müdafiə  proqramları  bələdiyyələr  tərəfindən  müəyyən  edilən  vətəndaşlar 
kateqoriyasını  dövlət  sosial  təminatından  əlavə  sosial  təminatlara  təmin  edir.  Yerli  sosial 
müdafiə  və  sosial  inkişaf  proqramlarının  məqsədi  dövlətin  həyata  keçirdiyi  sosial  inkişaf 
məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, maliyyə, mədəniyyət, yaşayış və qeyri-
yaşayış  binalarının  saxlanması  və  istifadə  edilməsi,  mənzil  tikintisi,  su  təchizatının  və 
kanalizasiya təsərrüfatının təşkili, informasiya xidmətinin təşkili, KİV fəaliyyəti üçün şəraitin 
yaradılması və yerli infrastrukturun digər sahələrini əhatə edir.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin