68
verilməsi hesabına azaldılması.
Əgər bu tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilməzsə, vergə
qanunvericiliyində müvafiq dəyəşiklik edilməklə vergi gəlirlərini azaltmaq lazımdır.
1995-2016-cı illər ərzində 1996, 2004, 2006 və 2011-ci illərdə büdcədə profisit
olmuşdur.
Büdcə kəsiri maliyyə
hadisəsi olub, fövqəladə və istisna hal deyilir.
Dünyada elə dövlət yoxdur ki, nə vaxtsa onun büdcəsində kəsir olmasın. Büdcənin gəlir
və xərclərinin tarazlaşdırılması ən mühüm məsələlərdən biridir.
Büdcənin kəsiri planlaşdırılır. Onun planlaşdırılmış kəsiri növbəti büdcə ilinə dövlət
büdcəsi ilə eyni zamanda təsdiq edilir. Büdcənin planlaşdırılmış kəsirinə müəəyən
məhdudiyyətlər qoyulur, lakin büdcənin kassa icrası gedişində faktiki göstəricilər
planlaşdırılmış göstəricilərdən kənarlaşa bilər.
Büdcə kəsiri-büdcə xərclərinin büdcə gəlirlərini üstələməsidir. Büdcə kəsirinin yol
verilən həddi ümumi daxili məhsulun 2-3%-dən artıq olmamalıdır. Büdcə kəsirinin yaranma
səbəblərinə baş verən fövqəladə və gözlənilməz hadisələr: təbii fəlakətlər, müharibə və s.,
iqtisadi böhran, ölkə iqtisadiyyatına iri həcmli dövlət investisiya qoyuluşları, əhalinin sürətli
say artımı аiddir.
Büdcə kəsirinin azaldılması tədbirlərinə daha yüksək gəlir əldə etmək məqsədi ilə büdcə
vəsaitlərinin investisiya istiqamətlərinin dəyişdirilməsini, maliyyə güzəştləri və
sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılmasını, dövlət
büdcəsi hesabına maliyyələşdirilən sahələrin ixtisar edilməsini, hərbi xərclərin azaldılmasını,
yalnız ən mühüm sosial proqramların maliyyələşdirilməsini, müəyyən hədd gözlənilməklə
büdcə kəsirinin azaldılması məqsədilə xarici kapitalın cəlb edilməsini aid etmək olar.
Büdcə kəsiri daxili və xarici mənbələr hesabına maliyyələşdirilir.
Daxili mənbələrə Milli
Bankın vəsaitləri, dövlət qiymətli kağızları, dövlət büdcədənkənar fondlarından və digər
səviyyəli büdcələrdən alınan büdcə ssudaları hesabına maliyyələşdirilmə və sair daxili
mənbələr аiddir.
Xarici mənbələrə beynəlxalq maliyyə təşkilatlarının kreditləri, xarici ölkə
hökümətlərinin kreditləri, xarici kommersiya bankları və firmalarının kreditləri, sair xarici
maliyyələşdirmə аiddir.
Dünya təcrübəsində dövlət büdcəsinin kəsiri müxtəlif mənbələr hesabına
maliyyələşdirilir. Daxili mənbələr aşağıdakılardır:
- kredit təşkilatlarından milli valyutada alınmış kreditlər;
- daxili bazarda milli valyutada yerləçdirilmiş dövlət istiqrazları;
- büdcələrin digər büdcə səviyyələrindən alınmış büdcə ssudaları; - dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan vəsaitlər.
Xarici mənbələrə aiddir:
- xarici dövlətlərin, bankların, firmaların, beynəlxalq iqtisadi təşkilatların xarici
valyutada təqdim etdikləri kreditlər;
- xarici bazarda dövlət qiymətli kağızlarınınyerləşdirilməsi vasitəsilə həyata keçirilən
69
xarici valyutada dövlət istiqrazları.
Dövlət eyni zamanda büdcə kəsirinin maliyyələşdirilməsinin digər üsullarına da, o
cümlədən əlavə pul emissiyalarına və büdcə sferası qarşısında öhdəliklərinin yerinə
yetirməyə səy göstərir.
Büdcə kəsirinin azaldılmasına yönəldilən siyasət həyata keçirilərkən аşağıdakı
prinsipləri aid edilmişdir:
1.Büdcə kəsrinə yalnız mənfi hadisə kimi baxmaq düzgün deyildir, ona görə ki, sosial –
iqtisadi inkişafın ayrı-ayrı mərhələsində o,özünü
tam doğrulda bilir;
2. Büdcə kəsrinin mümkün kəmiyyəti ÜDM həmçinin 2-3-ni təşkil etmişdir;
3.Büdcə kəsrinin büdcə xərcləri hesabına ixtisar edilməsi ölkənin sosial-iqtisadi inkişafı
üçün daha mənfi nəticələrə gətirib çıxara bilər;
4.Büdcə kəsrinin maliyyələşdirilməsi üçün istər daxili və istərsə də xarici bazarlardan
borclanmadan
istifadə edilməlidir;
5.Emissiyaya büdcə kəsrinin maliyyələşdiriməsinin infilyasiya mənbəyi kimi
baxılmalıdır;
6.Büdcə kəsirinin aradan qaldırılması üçün bütövlükdə iqtisadiyyatı sağlamlaşdırmaq
laazımdır.
Dostları ilə paylaş: