62
• dövlət
vergiləri;
• muxtar respublika vergiləri;
• yerli vergilər (bələdiyyə vergiləri).
Dövlət vergiləri dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və
Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Dövlət vergilərinə aşağıdakılar daxildir:
• fiziki şəxslərdən
gəlir vergisi;
• hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
• əlavə dəyər vergisi;
• aksizlər;
• hüquqi şəxslərin əmlak vergisi;
• hüquqi şəxslərin torpaq vergisi;
• yol vergisi;
• mədən vergisi;
• sadələşdirilmiş vergi.
Bütün dövlət vergilərinin dərəcəsinin ən yüksək hədləri Vergi Məcəlləsi ilə müəyyən
edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri, Vergi Məcəlləsində müəyyən
edilmiş dərəcələrdən yüksək ola bilməz.
Dostları ilə paylaş: