“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə59/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   157
Maliyyə muhazirələri yeni (1)

Məqsədli  təyinatından  asılı  olaraq  vergilər  iki  qrupa  bölünür:  universal  və  məqsədli. 
Konkret  istifadə  olunma  istiqaməti  olmayan  məcburi,  ekvivalentsiz  ödənişlər  universal 
vergilər adlanır.  
Qeyd  etdiymiz  kimi  hər  bir  ölkənin  vergi  sisteminin  strukturunda  vergilərlə  yanaşı 
rüsum  və  yığımlar  da  əhəmiyyətli  yer  tutur.  Məhz  həmin  yığım  və  rüsumlar  məqsədli 
vergilər kateqoriyasına aid edilir.  
Rüsum - ərizə (bəyanat) verənin maraqları üçün dövlət (bələdiyyə) orqanları tərəfindən 
həyata keçirilmiş hüquqi fəaliyyətə görə ondan alınan müvafiq məcburi ödənişdir.   
Qanunvericiliklə nəzərdə  tutulmuş ödənişlərdən  biri  də  dövlət  rüsumlarıdır.  Dövlət 
rüsumlarının  vergilərlə  oxşar  cəhəti  ondan ibarətdir  ki,  onlar  da  məcburi  tutulmaqla  dövlət 


61 
 
 
 
büdcəsinə köçürülür. Öz xarakterinə və qarşılıqlı (əvəzli) olmasına görə isə dövlət rüsumları 
vergilərdən  fərqlənir.  Qanun  dövlət  rüsumunu  hüquqi  əhəmiyyətli  əməliyyatların 
aparılmasına, yaxud hüquqi əhəmiyyət kəsb edən müvafiq sənədlərin müvəkkil orqanlar və 
onun  vəzifəli  şəxsləri  tərəfindən  verilməsinə  görə  tutulan  məcburi  ödəniş  kimi  müəyyən 
etmişdir.  
Dövlət rüsumlarından biri də gömrük rüsumudur. Gömrük rüsumu – gömrük orqanları 
tərəfindən  dövlət  gömrük  sərhədlərindən  keçirilən  mallara  görə  deklarantlardan  tutulan 
haqqdır  (pul  yığımıdır).  Yığım  -  ödəyici  tərəfindən  ona  göstərilən  xidmətə  görə  dövlətə 
ödənilən  məqsədyönümlü  ödənişdir.  Bu  ödənişlər  müvafiq  ərazilərin  inkişaf  etdirilməsi  və 
bələdiyyə proqramlarının maliyyələşdirilməsi üçün yerli (bələdiyyə) büdcəyə köcürülür.    
    

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin