İmam Əlinin (ə) müharibələrdəki mövqeyi Vay olsun sənə, ey Qeysin oğlu! Əffanın oğlu öldürüldüyü zaman yardı-
mım olunca nə etdiyimi gördünmü? Bəsrə (Cəməl) döyüşündə onlar dəvələrinin
ətrafında ikən məndə bir zəifl ik, gecikmə, qorxu və ya qüsur gördünmü?!
Onunla olanlar lənətlənmişlər, o dəvənin ətrafında öldürülənlər lənətlənmişlər!
Tövbə etmədən və bağışlanma diləmədən geri dönənlər də lənətlənmişlər!
Onlar mənim yardımçılarımı öldürdülər, mənimlə olan beyətlərini pozdular,
idarəçiliyi parça-parça etdilər və mənə qarşı çıxdılar.
Mən on iki min adamla onların üzərinə getdim. Onların sayı yüz iyirmi
mindən çox idi. Allah bizi onlara qalib etdi, bizim əlimizlə onları öldürdü və
möminlərin qəlblərinə şəfa verdi.
Ey Qeysin oğlu! Siffi n savaşımızı necə gördün? Allah bizim əlimizlə onlar-
dan əlli min adamı öldürdü. Ayrı-seçkilik etmədən hamısını oda atdı.
Nəhrivan günü Mariqinlərlə qarşılaşdığımızda bizi necə gördün? Onlar
həmin gün dünya həyatında səyləri puç olmuş kəslərin dininə bağlanmış və
əməllərinin gözəl olduğunu zənn edirdilər. Allah onları bizim əllərimizlə öldür-
dü və ayrı-seçkilik etmədən hamısını oda atdı. Onlardan on nəfər sağ qalmadı
və möminlərdən on nəfəri belə öldürə bilmədilər.
Vay olsun sənə, ey Qeysin oğlu! Heç mənim və ya mənimlə bayrağın geriyə
qaçdığını görmüsənmi? Sənmi məni qınayırsan, ey Qeysin oğlu? Halbuki mən
olduğum hər bir yerdə Peyğəmbərə (s) yoldaş idim. Onu izləyir və çətinliklər
qarşısında ən öndə dayanırdım. Nə qaçdım, nə də gözündən itdim, nə acizlik
göstərdim, nə yerimi tərk etdim və nə düşmənə arxamı çevirdim. Çünki nə
bir peyğəmbərə və nə də vəsiyə döyüş libasını geydikdən və düşmən üzərinə
hərəkət etdikdən sonra ölənə və ya Allah ona zəfər bəxş edənə qədər geri qa-
yıtmaq yaraşmaz.