87 Əmirəl-möminin (ə) insanların bidətlərə meyl etməsinə təəccüb edir Sonra Əli (ə) üzünü oradakılara tutub dedi: “Bu qövmə təəccüb edilməlidir
ki, Peyğəmbərlərinin (s) sünnəsinin bir-bir və fəsil-fəsil dəyişdirildiyini
gördükləri halda buna razı olurlar və inkar etmirlər. Nəinki, hətta dinə son-
radan gətirilən bidətləri müdafi ə edərkən qəzəblənirlər, onları məzəmmət və
inkar edənləri isə qınayırlar. Bizdən sonra bir qövm gələcək və dinə sonra-
dan gətirikləri bidətlərə, zülmlərə və uydurulmuş şeylərə itaət edəcəklər. Dinə
gətirdikləri yenilikləri sünnə hesab edəcək və onlarla Allaha yaxınlaşmaq
istəyəcəklər.