Ali-Muhammedin sirleri indd


bütün pisliklərdən təmizlədiyi və pak etdiyi”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə118/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   114   115   116   117   118   119   120   121   ...   410
Ali-Muhemmedin sirleri

bütün pisliklərdən təmizlədiyi və pak etdiyi”
1
  şəxslər  əleyhinə  şahidliyin 
qəbul edilməsi əsla caiz deyil. Belə ki, onlar hər bir pislikdən məsumdurlar və 
hər bir əxlaqsızlıqdan paklanmışlar. Ey Səhhakın oğlu! Mənə  həmin ayənin 
əhlindən danış! Əgər bir dəstə insan onlara və ya onlardan birinə şirk, küfr və 
ya əxlaqsızlıq nisbət versə, müsəlmanlar onlardan uzaqlaşmalı və onlara hədd 
tətbiq etməlidirlər?” Səhhakın oğlu dedi: “Bəli! Onlar bu barədə digər insanlar-
la eyni səviyyədədirlər!”
Fatimə (s.ə.) dedi: “Yalan danışdın və küfr etdin! Onlar bu barədə digər 
insanlarla bərabər deyillər! Çünki Allah onları qorumuş, onların məsumluğu 
və paklığı haqqında ayə nazil etmiş, onları bütün pisliklərdən uzaq tutmuşdur. 
Kim onların əleyhinə bir şeyi təsdiq etsə Allahı və Peyğəmbərini inkar etmiş 
olar”. Yaşlı səhabə dedi: “Ey Səhhakın oğlu! Səni and verirəm, sus!”
Axşam olduqda o ikisi Xalid ibn Vəlidin ardınca adam göndərdilər və 
dedilər: “Biz səninlə bir sirr bölüşmək və etibar etdiyimizə görə o işi sənə 
həvalə etmək istəyirik”.
Xalid dedi: “İstədiyiniz işi mənə tapşırın. Mən sizin qarşınızda mütiyəm!” 
Dedilər: “Nə qədər Əli sağdır, bu hakimiyyət və səltənətin bizə faydası olma-
yacaq. Bizə  nələr söylədiyini və bizimlə necə  rəftar etdiyini sən görmədin? 
Biz əmin deyilik ki, o gizlində bir dəstə insanı özünə tərəf dəvət etməyəcək və 
həmin insanlar da onun dəvətini qəbul edib bizə qarşı qiyam qaldırmayacaq. O, 
ərəbin ən şücaətlisidir. Biz ona qarşı gördüyün işlərə əl bulaşdırdıq və haqqımız 
olmadığı halda əmisi oğlunun hakimiyyətini əlindən aldıq. Həmçinin zövcəsini 
də Fədəkdən məhrum etmişik”. Səhər namaz qılarkən onun yanında dayan. Qı-
lıncın yanında olsun. Mən namazı bitirib salam verdikdə onun boyunu vur!”
Əli (ə) dedi: “Xalid ibn Vəlid qılıncını belində yanımda namaza başladı. 
Yaşlı  səhabə namaza başlaşdı, ancaq qərarında tərəddüdə idi. Sanki peşman 
olmuşdu və nə edəcəyini bilmirdi. Günəş parlamağa az qalırdı. Birdən salam-
1
 “Əhzab” surəsinin 33-cü ayəsinə işarə edilir.


90
Suleym ibn Qeys Hilali
dan əvvəl “Sənə əmr etdiyim eləmə!” dedi və sonra namazı bitirdi. Xalidə de-
dim: “Nə məsələdir?” Dedi: “Namazı bitirdikdə sənin boyunu vurmağı mənə 
əmr eləmişdi!” Dedim: “Sən bunu edərdin?” Dedi: “Allaha and olsun, bəli! 
Edəcəkdim!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin