Xümsün dayandırılması Süleym deyir: “Sonra Möminlərin əmiri (ə) üzünü Abbasa və ətrafındakılara
tutub dedi: “Görəsən onun və yoldaşının Allahın Quranda bizə ayırıb vacib
buyurduğu yaxın qohumların (zil-qurbanın) payını verilməsini dayandırması-
na niyə təəccüb etmirsiniz? Uca Allah da onların yaxın vaxtlarda bizə zülm
edəcəklərini və onu əlimizdən alacaqlarını bilirdi. Uca Allah buyurmuşdu:
“Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə...” 1 Qardaşım Cəfərin evini məscidə qatması Təəccüb edilməli işlərdən biri də Səhhakın oğlunun qardaşım Cəfərin evini
söküb onu məscidə qatması və bu zərərin qarşılığında onun övladlarına az, ya
da çox heç bir əvəz verməməsidir. Camaat bunu ona ayıb tutmadı və vəziyyətə
müdaxilə edib dəyişmədi.
2
Sanki Deyləmdən olan bir nəfərin evini almış kimi
rəftar etdilər.