Ali-Muhammedin sirleri indd


Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə127/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   123   124   125   126   127   128   129   130   ...   410
Ali-Muhemmedin sirleri

Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan 
pak etmək istər!”
1
 Bu ayə Əhli-Beytim, itrətim, mən və qardaşım Əli ibn Əbu 
Talib haqqında nazil olmuşdur.
Bilin və agah olun ki, Allah yer əhlinə  nəzər saldı  və onların arasından 
məni seçdi. Sonra bir daha nəzər salıb qardaşım, vəzirim, vəsim, ümmətim üzə-
rində xəlifəm və məndən sonra hər möminin mövlası olan Əlini seçdi. Məni 
rəsul, nəbi və  dəlil təyin etdi. Sonra mənə  vəhy edərək  Əlini özümə qardaş 
qərar verməyimi, özümdən sonra ümmətim üzərində vəli, vəsi və xəlifə təyin 
etməmi buyurdu.
Bilin və agah olun ki, o məndən sonra bütün möminlərin vəlisidir. Ona yardım 
edənə Allah yardım edər. Ona düşmən olana Allah da düşmən olar. Onu sevəni 
Allah da sevər. Ona kin bəsləyənə qarşı Allah da kin bəsləyər. Onu mömindən 
başqası sevməz və kafi rdən başqası nifrət eləməz. O məndən sonra yer üzünün 
idarəçisi, onu aramlaşdıran, Allahın təqva kəlməsi (nümunəsi) və möhkəm ipidir. 
1
 “Əhzab” surəsi, ayə 33.


96
Suleym ibn Qeys Hilali
Allahın nurunu ağızlarınızla söndürmək istəyirsiniz? Müşriklərin xoşuna 
gəlməsə belə Allah Öz nurunu tamamlayacaq. Allah düşmənləri qardaşımın nu-
runu söndürmək istəyirlər, amma Allah nurunun sönməsinə izin verməz.
Ey insanlar! Burada olanlar sözlərimi olmayanlara çatdırsın. İlahi, onlara 
şahid ol!
Ey insanlar! Allah üçüncü dəfə nəzər salıb məndən sonra Əhli-Beytimdən 
olan on iki xəlifə seçdi ki, onlar ümmətimin seçilmiş şəxsləridir. Qardaşımdan 
sonra bir-birinin ardınca on bir imam var. Onlardan biri ölsə özündən sonrakı 
onun yerinə keçəcək. Onlar göydəki ulduzlar kimidirlər. Bir ulduz batsa baş-
qa bir ulduz doğar. Çünki onlar hidayət olmuş  və hidayət edən imamlardır. 
Hiyləgərlərin hiyləsi və onları alçatmaq istəyənlərin alçaqlıqları onlara əsla 
zərər verməz. Əksinə onlara qarşı hiylə və alçaltmaların zərərini Allah hiyləgər 
və alçaqların özlərinə qarşı çevirər.
Onlar Allahın yer üzündəki höccətləri və məxluqları üzərindəki şahidləridir. 
Onlara itaət edən Allaha itaət etmiş və onlara qarşı çıxan Allaha qarşı çıxmışdır. 
Onlar Quranla və Quran da onlarladır. Kövsər hovuzunda mənə qovuşanadək 
nə onlar Qurandan və nə də Quran onlardan ayrılmaz.
İmamların birincisi onların ən yaxşısı olan qardaşım Əlidir. Sonra oğlum 
Həsən və ondan sonra oğlum Hüseyndir. Sonra Hüseynin övladlarından doqquz 
nəfərdir.  Onların anası qızım Fatimədir. Allahın salavatı onlara olsun. Onlar-
dan sonra ən yaxşılar əmim oğlu və qardaşımın qardaşı Cəfər ibn Əbu Talib və 
əmim Həmzə ibn Əbdül-müttəlibdir. 
Bilin və agah olun ki, mən Muhəmməd ibn Abdullaham. Rəsul və nəbilərin 
ən yaxşısıyam. Qızım Fatimə Cənnət qadınlarının seyyidəsidir. Əli və vəsilər 
olan övladları  vəsilərin  ən yaxşılarıdırlar.  Əhli-Beytim peyğəmbərlərin  əhli-
beytlərinin ən yaxşısıdır. Bu iki oğlum da Cənnət cavanlarının ağalarıdır.
“Ey insanlar! Siz mənim  şəfaətimi dilədiyiniz halda Əhli-Beytim ondan 
məhrummu qalacaq?! Günahlarının sayı dənizdəki çınqıl və qum dənələri qədər 
olsa belə babam Əbdülmüttəlibin nəslindən olub, tövhidə inanaraq heç bir şərik 
qoşmadan Allahın hüzuruna gələn hər bir şəxsi Allah Cənnətə daxil edəcək”.
Ey insanlar! Mən həyatda ikən və öldükdən sonra Əhli-Beytimi uca tutun, 
onlara hörmət edin və fəzilətli bilin. (Ehtiram olaraq) Əhli-Beytimdən başqa bir 
şəxs üçün oturduğu yerdən qalxmaq heç kimə halal deyil. Mən Cənnət qapısı-
nın halqasından tutsam, Allah Təbərak və Təala mənə təcəlla etsə, mən səcdəyə 
düşsəm və mənə şəfaət izni versə, heç kimi Əhli-Beytimdən önə keçirmərəm.
Ey insanlar! Mənim hansı  nəsəbdən olduğumu söyləyin?”  Ənsardan bir 
nəfər ayağa qalxıb dedi: “Allahın və Peyğəmbərinin qəzəbindən Allaha pənah 


Ali-Muhəmmədin sirləri
97
aparırıq. Ey Allahın peyğəmbəri!  Əhli-Beytin barədə  sənə kimin əziyyət et-
diyini söylə, boynunu vuraq ki nəsli təmizlənsin!” Buyurdu: “Mənim nəsil 
şəcərəmi söyləyin. Mən Muhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Ha-
şim...” Ta ki, Nizara qədər nəslini saydı və sonra İbrahim Xəlilullahın (ə) oğlu 
İsmayıla (ə) qədər davam etdi
1
. Sonra buyurdu: “Mən və Əhli-Beytim Ərşin 
altında pak torpaqdan xəlq olunmuşuq. Adəmə qədər nəslimiz nikahlıdır, əsla 
zinakar olmayıblar və cahiliyyə nikahı bizə bulaşmayıb.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin