Abbasın malının zəkatında Peyğəmbərə (s) etiraz Əli (ə) dedi: “Peyğəmbər Abbasın malından zəkatını almaq üçün Səhhakın
oğlu göndərdikdə o qayıdıb dedi: “Abbas malının zəkatını vermir”. Peyğəmbər
(s) qəzəblənib buyurdu: “Allaha həmd olsun ki, biz Əhli-Beyti çirklətmək
istədikləri şeylərin şərindən qorumuşdur! Abbas malının zəkatını götürməyə
mane olmamışdı, əksinə sən onun haqqında hökm verməkdə tələsmisən. O
bir neçə ilin zəkatını qabaqcadan ödəyib”. Bu hadisədən sonra Səhhakın oğlu
mənim yanıma gəldi və onunla birlikdə Peyğəmbərin (s) yanına gedərək ondan
razı olması üçün şəfaətçi olmağımı istədi. Mən də bunu etdim”.