94
Suleym ibn Qeys Hilali
Həmçinin o, Səfi yyəyə bəzi sözlər söyləmiş, buna görə Peyğəmbər (s)
qəzəblənmiş və məlum sözləri demişdi.
1
O və yoldaşı Peyğəmbərin (s) bir nəfəri öldürməyi əmr etməsinə baxma-
yaraq onu öldürməkdən çəkinən kəslərdir. Peyğəmbər (s)
onlardan sonra mənə
əmr etdi və bəzi sözlər danışdı.
2
Peyğəmbər (s) yaşlı səhabəyə yüksək səslə camaata bunu elan etməsini
tapşırdı: “Kim tövhid üzrə olduğu halda Allaha qovuşsa və heç bir şeyi Ona
şərik qoşmasa Cənnətə daxil olacaq”. Səhhakın oğlu yaşlı səhabəni
bu işdən
çəkindirdi. Yaşlı səhabə də Səhhakın oğlu sözünə itaət edib
3
Peyğəmbərə (s)
qarşı çıxdı və onun əmrini yerinə yetirmədi. Peyğəmbər (s) də bundan sonra bu
barədə bəzi şeylər söylədi”.
Səhhakın oğlu və yaşlı səhabənin pislikləri sayıla
bilməyəcək qədər çox-
dur. Bu pisliklər cahillərin və avam camaatın yanında onların etibarlarından
heç nəyi azaltmadı. Hətta o ikisini atalarından, analarından və özlərindən daha
çox sevdilər. Camaat bu ikisi nəyə görə Peyğəmbər (s) üçün qəzəblənmədikləri
qədər qəzəblənirlər.
1
“Biharul-ənvar”da (c.8, s.200 (köhnə çap)) İmam Muhəmməd Baqirdən (ə) nəql edilir:
“Əbdülmüttəlibin qızı Səfi yyənin oğlu vəfat etmişdi. Səhhakın oğlu onunla qarşılaşdı və
dedi: “Sırğalarını gizlət! Peyğəmbərə olan qohumluğun sənə fayda verməyəcək!”
Səfi yyə ona
dedi: “Sən mənim sırğalarımı gördün, ey zinazadə?!” Sonra Səfi yyə Peyğəmbərin (s) yanına
gəldi və hadisəni ona danışıb ağladı. Peyğəmbər (s) çölə çıxdı və camaatın toplanması üçün
səsləndi. Sonra buyurdu: “Nə baş verir ki, bir dəstə adam mənimlə qohumluğun faydasız
olduğunu zənn edir?!...” Buna bənzər sözlərlə “Məcməuz-zəvaid” kitabında da (c.8, səh.216)
hədis varid olub.
2
“əl-Ğədir” kitabında (c.7, s.216) Əbu Səid Xudridən nəql edilir: “Yaşlı səhabə Peyğəmbərin
(s) yanına gəldi və dedi: “Ey Allahın Peyğəmbəri! Mən fi lan yerdən keçirdim. Bir gözəl gö-
rünüşlü şəxs xuşu ilə namaz qılırdı”. Peyğəmbər (s) buyurdu: “Get onu öldür!” Yaşlı səhabə
getdi və onu eyni vəziyyətdə gördü. Öldürmək istəmədi və Peyğəmbərin (s) yanına qayıtdı.
Peyğəmbər (s) Səhhakın oğluna dedi: “Get onu öldür!” Səhhakın oğlu də həmin adamın ya-
nına gəldi, onu yaşlı səhabənin gördüyü vəziyyətdə görüb öldürmədən geri qayıtdı və dedi:
“Mən onu xuşu halında gördüm və öldürmək istəmədim”. Peyğəmbər (s) buyurdu: “Ey Əli!
Get və onu öldür!” Əli (ə) getdi, amma onu tapa bilmədi. Geri qayıdıb dedi: “Ey Allahın
Peyğəmbəri! Onu görmədim”. Peyğəmbər (s) buyurdu: “O və yoldaşları Quran oxuyurlar,
amma oxuduqları boğazlarından aşağı keçmir. Oxun yaydan çıxdığı kimi onlar dindən çıxır-
lar və ox yaya geri dönmədiyi kimi bir daha dinə qayıtmazlar. Onları öldürün!
Çünki onlar
yaradılmışların ən pisləridirlər”. Buna oxşar bir hədis “Biharul-ənvar”da da nəql olunur (c.8,
səh. 229 və 270 (köhnə çap)).
3
Səhhakın oğlu Peyğəmbərin (s) sözünü rədd etdi, yaşlı səhabə də bu məsələdə Səhhakın oğ-
luna tabe oldu.