92 Suleym ibn Qeys Hilali Talaqdakı bidəti Bunlardan daha təəccüblüsü isə budur ki, Əbu Kənf Əbdi Səhhakın oğ-
lunun yanına gəlib: “Mən qaib olduğum vaxt zövcəmi (rici talağı ilə) boşa-
dım və boşama xəbərim ona çatdı. Sonra o iddə saxlayarkən ona rücu etdim
(kəbini geri qaytardım) və məktub yazıb bunu ona bildirdim. Ancaq mənim bu
məktubum ona çatmadan o evləndi” deməsidir. Səhhakın oğlu isə ona cavabın-
da yazdı: “Əgər evləndiyi kişi ilə yaxınlıq edibsə onun, əgər hələ etməyibsə
sənin zövcəndir!”
Bunu yazdığı zaman mən də şahid idim. Amma mənimlə məşvərət etmədi
və məndən bu məsələ barədə heç bir fi kir soruşmadı. Yanındakı “elminə” görə
mənə ehtiyacı olmadığını düşünürdü. Onu çəkindirmək istədim. Amma öz-
özümə dedim: “Allahın onu rəzil etməsindən heç bir qorxum yoxdur!” Amma
camaat bunu da ona eyib tutmadı, əksinə, xoş qarşılayıb sünnəyə çevirdilər,
qəbul etdilər və bunu doğru hesab elədilər. Halbuki, əgər dəyərsiz və ağılsız bir
dəli bu barədə hökm etsəydi bundan artığını deməzdi!