(Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!” 1 İmam Əli (ə) xəstələnərkən etiraz O, Peyğəmbər (s) və səhabələrlə birgə xəstələndiyim vaxt mənə baş çəkməyə
gəlmişdilər. Yaşlı səhabə ona gözü ilə işarə etdi, yerindən qalxıb dedi: “Ey Alla-
hın peyğəmbəri! Sən Əli barədə bizdən möhkəm bir əhd aldın. Amma görürəm
ki, onun vəziyyəti yaxşı deyil. Əgər ölsə kimə müraciət edək?” Peyğəmbər (s)
buyurdu: “Otur!” Bunu üç dəfə təkrarladı. Peyğəmbər (s) üzünü onlara tutub
dedi: “Belə düşünün! Allaha and olsun ki, o, bu xəstəlikdən ölməyəcək. Allaha
and olsun ki, siz onu qəzəbləndirib, zülm edib əhdinizi pozana, onu səbirli və dö-
zümlü gördüyünüz müddətdə də ölməyəcək. Sizdən bir-birinin ardınca pisliklər
görəndə də ölməyəcək. O, yalnız şəhid olaraq və qətl yetirilərək öləcək”.