Seçki, təyinat yoxsa şura? Sonra Əli (s) üzünü camaata tutub dedi: “Ümmətin qəlbində qərar tut-
muş bu iki nəfərin bəla və fi tnəsindən, buzov və Samirisindən Allah pak və
münəzzəhdir. Onlar Peyğəmbərin (s) özündən sonra heç kimi xəlifə etmədiyini
və işi şuraya həvalə etdiyini iddia və təsdiq etdilər. Onlardan bir dəstəsi dedi:
“Peyğəmbər heç kimi xəlifə etmədi. Əksinə, belə dedi: “Allah biz Əhli-Beytdə
xəlifəlik və peyğəmbərliyi bir yerdə cəm etməyəcək”. Halbuki Peyğəmbər (s)
bu səksən nəfərə: “Əliyə “Möminlərin əmiri” ünvanı ilə salam verin” demiş,
sonra da onları öz sözlərinə şahid tutmuşdu.
Təəccüblüsü budur ki, onlar bunu təsdiq etdikdən sonra Peyğəmbərin (s)
heç kimi xəlifə təyin etmədiyini və şuranı tövsiyə etdiyini söylədilər. Ardınca
da yaşlı səhabə barədə məşvərət keçirmədən, ona beyətin ani və düşünülməmiş
bir iş olduğunu özləri təsdiq etdilər. Ani və düşünülməmiş işə görə günah necə
də böyükdür!
Sonra Yaşlı səhabə Səhhakın oğlunu öz yerinə xəlifə təyin etdi və burada
Peyğəmbərə (s) itaət edib ümməti xəlifəsiz buraxmadı. Ona bu barədə deyilənlər
deyildi. O (Yaşlı səhabə) isə belə cavab verdi: “Muhəmməd ümmətini köhnə
bir ayaqqabı kimi qoyub gedim? Onlara bir xəlifə təyin etmədən ayrılım?” Bu
sözü ilə Peyğəmbərə (s) tənə vurur və qınayırdı!!!
Sonra Səhhakın oğlu üçüncü yola əl atdı. Nə Peyğəmbərin (s) “öz yerinə
xəlifə təyin etmədi” iddiasına itaət elədi, nə də yaşlı səhabə kimi özündən sonra
xəlifə təyin etdi. Əksinə, üçüncü bir yol uydurdu. Xilafəti altı nəfərdən ibarət
şuraya həvalə elədi və bütün ümməti bu işdən kənarda tutdu. Bununla özünü
avam camaata daha çox sevdirdi. Qəlblərinə fi tnə və zəlalət dolmuş o beş nəfəri
mənə tay tutdu!
Sonra İbn Ovf Əffanın oğluna beyət etdi və ardınca digərləridə ona beyət
elədilər. Halbuki Peyğəmbərin (s) bir neçə dəfə Əffanın oğluna nifrin etdiyini
eşitmişdilər.