Doğru danışanların Peyğəmbərlə (s) söhbəti Bizi Peyğəmbərlə birlikdə görəydin! Allaha and olsun, atalarımızı, oğulla-
rımızı, dayılarımızı, əmilərimizi və öz ailələrimizi öldürürdük. Bu bizə iman-
da, İslamda, Allaha itaətə səydə və savaşda daha çox güc verirdi. Bir nəfər
bizdən və bir nəfər onlardan olmaqla iki güclü öküz kimi vuruşurduq. Hər biri
digərinin öldürmək istəyir və rəqibinə ölüm kasasını içirməyə çalışırdı. Bəzən
düşmənlərimiz bizdən və bəzən də biz düşmənlərimizdən öldürürdük! Allah
bizi sadiq və səbirli gördü kitabında və haqqımızda gözəl tərifl ər nazil etdi,
bizdən razı oldu və bizə yardım göndərdi.
* * * Mən demirəm ki, Peyğəmbərlə (s) birlikdə olan hər kəs belə idi. Amma
onların çoxu və böyük bir qismi belə idilər. Eyni zamanda bizimlə birlikdə
bir dəstə adam da vardı ki, pis işlərdən çəkinməzdilər. Allah belə buyurur: “...