Dində heç bir qabaqcıllığı olmayanlar Adını çəkdiyin kəslərdən bəzisi nə çətinliyə düşdü, nə bir qabaqcıllığı var,
nə bir igidlə vuruşdu və nə də bir dəfə istisna olmaqla başqa fəth və zəfər əldə
etdi. Fərarilik edir, düşmənə arxa çevirir və yoldaşlarını qorxudurdu. Onlar
da onu qorxudurdular. Dəfələrlə döyüşdən qaçdı. Asayiş və qənimət zamanı
gəldikdə isə dili açılır, halı dəyişir, əmr verir və qadağa qoyurdu.
Xəndək günü Əmr ibn Əbdu Vədd onu adı ilə çağırdı. O da geriyə çəkildi və
dostlarının arxasında gizləndi. Peyğəmbər onun ürkdüyünü görüb gülümsədi
və buyurdu: “Həbibim Əli haradadır? İrəli gəl, ey həbibim! Ey Əli!”
1
Bu hadisə Uhud döyüşündə baş vermişdir. “Buharul-ənvar” kitabının 18-ci cildinin 68, 69, 74
və 95-ci səhifələrdəki hədislərə müraciət edə bilərsiniz.