110
Suleym ibn Qeys Hilali
Bu kitabda onlardan hökumət əldə edənlərin, dinlərində təqiyyə və ya iz-
har edənlərin də adları yazılmışdır. Dinini ilk zahir edəcək şəxs Allahın
bütün
şəhərlərini ədalətlə dolduracaq və şərqlə qərb arasında hakimiyyət qurub Allah
onu bütün dinlərə qalib edəcəyi şəxsdir.
(Muhəmməd (s)) Peyğəmbər göndərildiyi zaman atam həyatda idi. Onu
təsdiqlədi, iman gətirdi və onun peyğəmbərliyinə şahidlik etdi. Atam
ayağa
qalxmağa gücü olmayan yaşlı bir kişi idi. O ölüm yatağında ikən mənə dedi:
“Bu kitabda adı və xüsusiyyətləri qeyd edilən Peyğəmbərin vəsisi və xəlifəsi
sənin (monastırının) yanından keçəcək. Bu zəlalət imamlarından
və atəşə dəvət
edənlərdən fi lankəs, fi lankəs və fi lankəs öldükdən sonra olacaq. Onların adla-
rı, qəbilələri, xüsusiyyətləri və hər birinin nə qədər hakimiyyətdə qalacaqları
bu kitabda yazılıdır. (O vəsi) Sənin yanından keçdikdə yanına get,
ona beyət
elə və onunla birgə düşmənlərilə vuruş. Çünki onunla birlikdə cihad etmək
Muhəmmədlə birlikdə cihad etmək kimidir. Ona
dost olmaq Muhəmmədə dost
olmaq və ona düşmən kəsilmək Muhəmmədə düşmən kəsilmək kimidir.
Dostları ilə paylaş: