Bəni-Üməyyənin fi tnəsi fi tnələrin ən qorxulusudur Bilin və agah olun ki, məndən sonra qarşılaşacağınız fi tnələrin ən qorxulusu
Bəni-Üməyyənin fi tnəsidir. Kor, kar və qaranlıq bir fi tnədir. Onun fi tnəsi ümumi,
bəlası xüsusidir. Hər kim bəsirətli olsa fi tnə ona toxunar və kim kor olsa, yanın-
dan keçib gedər. Onların batil əhli haqq əhlinə qalib gələr. Yer üzünü onların dinə
gətirdikləri bidətlər, zülm və cinayətləri doldurar. Onun qəddarlığını birinci yı-
xan, təməllərini sarsıdan və sütunlarını parçalayan və zalımlara öldürücü zərbəni
vuran aləmlərin Rəbbi olan Allahdır. Bilin ki, məndən sonra Bəni-Üməyyəni
dişlərilə didib əziyyət verən, əllərilə vuran, ayaqlarıyla tapdayan və südünü sağ-
mağa icazə verməyən itaətsiz bir dəvə kimi üstünüzdə rəhbər görəcəksiniz.
Allaha and içirəm ki, onların fi tnəsi sizlərdən birinin özünə yardımı pis
xasiyyətli kölənin sahibinə yardımı kimi olana qədər davam edəcək. Elə bir
kölə ki, sahibi yox ikən onu söyər və yanında olduqda ona itaət edər. Allaha and
içirəm ki, qaçıb ulduzların altına dağılsalar belə, Allah sizin üçün pis bir gündə
onları bir yerə toplayacaq”.