Allah fi tnələrin kökünü İmam Mehdi (ə) ilə kəsəcək Kişi dedi: “Ey Möminlərin əmiri! Ondan sonra nələr olacaq?” Əli (ə) bu-
yurdu: “Allah Əhli-Beytimdən bir nəfər vasitəsilə bəlanı uzaqlaşdıracaq. Sonra
onları alçaldacaq, dolu qədəhi onlara içirəcək, heç bir imkan verməyəcək və
qılıncdan başqa heç bir vasitə tanımayan bir şəxsə həvalə olunacaqlar. Hərc-
mərclik olacaq. Səkkiz ay boyunca qılıncını kürəyində daşıyacaq. Bu vəziyyət
Qüreyşin dünya və dünyada olanlar qarşılığında mənə bir məqam vermələrini
qəbul etməm, bizə çatmasına maneə yaratdıqları bəzi şeyləri geri alma-
ğım və onlarda olan bəzi şeyləri qəbul etməyim üçün bir dəfə də olsun bizi
görməyi istəmələrinə qədər davam edəcək. Ta ki, belə deyəcəklər: “Bu (Meh-
di) Qüreyşdən deyil. Əgər Qüreyşdən və Fatimənin övladlarından olsaydı, bizə
acıyar və rəhm edərdi”.
Allah onu Bəni-Üməyyəyə qarşı qaldıracaq. O da onları ayaqlarının altına
alıb dəyirman daşı kimi əzəcək. “Lənətlənmişlər! Harada ələ keçsələr, mütləq